Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: BMT-nin Qəzzada rəsmən aclıq sürdüyünü elan etməsindən sonra Avstraliyada minlərlə anti-sionist Fələstin xalqına dəstək nümayişi keçirərək işğalçıları boykot etməyə və silah ixracına son qoymağa çağırıb.
Avstraliyanın SBS News televiziya şəbəkəsinin məlumatına görə, Qəzzada rəsmi olaraq aclığın hökm sürdüyü elan edildikdən sonra bütün Avstraliya boyu minlərlə insan Fələstin xalqına dəstək olmaq üçün küçələrə axışıb və Fələstin xalqına dəstək nümayişi keçirərək sionist rejimi pisləyib.
Çıxış edənlər arasında Avstraliya federal Yaşıllar Partiyasının lideri Larissa Uoters və Kvinslenddən olan senator Mol Holland Fələstin xalqına dəstək olaraq sionist rejimi boykot etmək və İsraillə silah ticarətinə son qoymağın vacibliyini vurğulayıblar.
Uoters, avstraliyalıların İsrailə F-35 qırıcı təyyarələrinin hissələri ixracını dayandırmaq istədiklərini və əhəmiyyətli bir ictimai varlığın İsrailin siyasətlərini dəyişdirə biləcəyinə dair nikbinliyini ifadə edib.
Sizin rəyiniz