Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Məyadin Şəbəkəsinin verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim bu gün Əllamə Seyid Abbas Əli Əl-Musəvinin (Livanda Şiələrin Ali Şurasında dini şuranın üzvü, Qəyyumlar Şurasının üzvü və Livan Müsəlman Alimləri Assosiasiyasının qurucularından biri) anım mərasimi ilə bağlı çıxışında deyib: “Fəcr Əl-Curud döyüşü Livan ordusunun və onun İslam müqavimətinin birgə əməkdaşlığı və Mişel Aunun cəsarətli qərarı ilə gedən bir döyüş idi.”
Şeyx Nəim Qasim, İmam Musa Sədrin Liviyada oğurlanmasına toxunaraq, sözünə belə davam edib: “İmam Sədr Livanda köklü dəyişikliklər etdi və döyüşçülərin rəhbəri idi. O, ölkədə milli birliyə güclü maraq göstərirdi və inanırdı ki, Livanın cənubu bütün ölkə və ərəblər adından Müqavimət göstərir və biz də İmam Sədrlə əhd bağlayırıq ki, Müqavimət bayrağı altında olacağıq.”
Livan Hizbullahının baş katibi ABŞ-ın təzyiqi ilə Livan hökuməti tərəfindən Müqaviməti tərksilah etmək qərarına toxunaraq deyib: “Müqavimət olmasaydı, İsrail Beyruta çatardı. Müqavimətin alternativi təslim olmaqdır. Bizə şərəf və qüdrət bəxş edən və bizi düşməndən qoruyan silahı heç vaxt tərk etməyəcəyik. İsrail təcavüzü davam etdiyi vaxtda Livan hökumətinin Müqaviməti tərksilah etməsi yanlış qərardır.”
Sizin rəyiniz