16 avqust 2025 - 23:52
Source: SAHAR TV
Rusiya Dövlət Dumasının üzvü Azərbaycana meydan oxudu: “Türkiyəyə meyillənmə kursunun yaxşı nəticəsi olmayacaq”

Azərbaycanla Rusiya arasında söz atışması səngimək bilmir. Rusiya Dövlət Dumasının nüfuzlu üzvü Bakını hədələyib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Azərbaycanla Rusiya arasında söz atışması səngimək bilmir. Rusiya Dövlət Dumasının nüfuzlu üzvü Bakını hədələyib.

Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik iddia edib ki, Azərbaycan hakimiyyəti Moskva ilə münasibətlərdə təhlükəli və yanlış yol seçib.

Rusiyalı millətçi deputatın sözlərinə görə, Bakı getdikcə daha çox Moskva haqqında sərt bəyanatlar verməyə başlayıb. Məsələn, deputat Rasim Musabəyov bildirib ki, Rusiya Federasiyası Azərbaycan ərazisində xüsusi hərbi əməliyyat keçirsə, “həbsxana cinayətkarlarının toplantısını” təmsil edən Rusiya ordusu məğlub olacaq.

Xatırladaq ki, azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov “Azpolitika”ya açıqlamasında bildirib ki, Azərbaycan Ordusu hazırda texniki və heyət tərkibi baxımından Rusiya Silahlı Qüvvələrinin Qafqaz bölgəsindəki birləşmələrindən qat-qat üstündür: “Azərbaycan ordusu həbsxanalardan toplanan qüvvələrdən ibarət deyil. Rusiyanın Qafqazda birləşdirdiyi ordudan dəfələrlə güclüdür. Rusiya bununla Azərbaycanı qorxutmağa çalışır, amma bu boş işdir”.

Rasim Musabəyov onu da qeyd edib ki, əgər Rusiyanın Ukrayna ərazisində SOСAR-ın obyektlərinə qarşı hücumları davam edərsə, Azərbaycan Kiyevə özünün MiQ-29 qırıcılarını və keçmiş sovet hərbi texnikasını göndərmək imkanına malikdir.

Duma üzvü Andrey Kolesnik bu açıqlamanı da cavabsız qoymayıb. "Qafqazdakı qoşunlarımızın sayı oradakı bütün problemləri həll etmək üçün kifayətdir. Görünür, Azərbaycan hakimiyyəti kursunu dəyişərək Türkiyənin tabeçiliyinə keçmək qərarına gəlib. Amma bu gediş onlara problem yaradacaq", - deyə Kolesnik vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha