2 avqust 2025 - 23:54
Source: IRNA
Pezeşkian Pakistanın baş naziri tərəfindən rəsmi qarşılanma ilə İslamabada daxil oldu \ VİDEO

Rəsmi qarşılanma mərasimi Nur Xan hərbi hava bazasında baş tutub. Prezident Pezeşkian təyyarədən enən an onun şərəfinə 21 top atəşi açılıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian, Pakistan yüksək səviyyəli siyasi-iqtisadi heyətə rəhbərlik edərək, Pakistanın baş naziri Şahbaz Şərifin rəsmi qarşılaması ilə İslamabada daxil olub.

Pakistanın baş naziri Şahbaz Şərif və İranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəm, yüksək səviyyəli İran heyətini qarşılayanlar arasında olublar.

Rəsmi qarşılanma mərasimi Nur Xan hərbi hava bazasında baş tutub. Prezident Pezeşkian təyyarədən enən an onun şərəfinə 21 top atəşi açılıb.

Qarşılama mərasimində bəzi pakistanlı nazirlər və İranın İslamabaddakı səfirliyinin diplomatik heyəti də iştirak edib.

Prezident Pezeşkian səfərinin ilk mərhələsində Lahur şəhərinə gedərək, farsdilli böyük Pakistanlı şair Məhəmməd İqbal Lahurinin məqbərəsini ziyarət edib və onun uca məqamına ehtiramını bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha