29 iyul 2025 - 20:55
Source: IRNA
“Hənzələ” gəmisinin sərnişinləri aclıq aksiyasına başlayıblar

Uşaq qatili sionist rejim mənbələri Qəzzanın mühasirəsini yarmaq üçün bölgəyə doğru yola çıxan və faşist İsrail rejimi tərəfindən oğurlanan “Hənzələ” gəmisinin sərnişinlərinin bu rejim tərəfindən özbaşına girov saxlanmasına etiraz olaraq aclıq aksiyası keçirdiklərini elan ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: quldur sionist rejim mənbələri “Hənzələ” gəmisinin sərnişinlərinin faşist İsrail rejiminin qanunsuz hərəkətlərinə etiraz olaraq aclıq aksiyasına başladıqlarını bildiriblər.

Uşaq qatili sionist rejim mənbələri Qəzzanın mühasirəsini yarmaq üçün bölgəyə doğru yola çıxan və faşist İsrail rejimi tərəfindən oğurlanan “Hənzələ” gəmisinin sərnişinlərinin bu rejim tərəfindən özbaşına girov saxlanmasına etiraz olaraq aclıq aksiyası keçirdiklərini elan ediblər.

Sionist rejim televiziyası da bununla bağlı xəbər verib ki, “Hənzələ” gəmisi təxminən iki gün əvvəl rejim donanmasının hücumuna məruz qaldıqdan sonra Aşdod limanına daxil olub və gəminin sərnişinləri sorğu-sualdan sonra İsrail polisinə təhvil veriləcək.

Digər tərəfdən, işğal olunmuş ərazilərdəki Ərəb Hüquqi Ədalət Mərkəzi adlanan qurum sionist rejimin İtaliyadan “Antonio Mazzio”, Fransadan “Qabriel Kasalla” və ABŞ-dan “Jacob Birger” adlı bu sərnişinlərdən üç nəfəri öz ölkələrinə qaytaracağını açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, sərnişinlərdən 12-si könüllü qayıdış vərəqəsini imzalamaqdan imtina edib və qanuni tədbir görülməsi üçün tezliklə məhkəmə qarşısına çıxarılacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha