28 iyul 2025 - 14:22
Source: IRNA
İran və Pakistan xarici işlər nazirlərinin Qəzza böhranı və ikitərəfli münasibətlər barədə danışığı baş tutub

Pakistanın xarici işlər naziri ölkəsinin Fələstin xalqına verdiyi qəti dəstəyi bir daha vurğulayaraq, humanitar yardımların maneəsiz və dərhal çatdırılmasının vacibliyini qeyd edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası və Pakistanın xarici işlər nazirləri telefon danışığı zamanı Qəzzada baş verən humanitar böhran, Fələstinlilərə təcili humanitar yardımın göndərilməsinin zəruriliyi və ikitərəfli münasibətlərə dair son hadisələr barədə fikir mübadiləsi aparıblar.

Pakistanın xarici işlər naziri ölkəsinin Fələstin xalqına verdiyi qəti dəstəyi bir daha vurğulayaraq, humanitar yardımların maneəsiz və dərhal çatdırılmasının vacibliyini qeyd edib.

O, həmçinin bu gün Nyu-Yorkda keçiriləcək beynəlxalq konfransın Fələstin məsələsinin həlli ilə bağlı faydalı nəticələr verəcəyinə ümid etdiyini deyib.

Ərakçi və senator İshaq söhbətin davamında iki ölkə arasındakı münasibətlər və İran İslam Respublikasının yüksək səviyyəli nümayəndə heyətinin yaxın zamanda Pakistana planlaşdırılan səfəri barədə müzakirələr aparıblar.

Sizin rəyiniz

You are replying to: .
captcha