Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Vəqf və Xeyriyyə İşləri Təşkilatının rəhbəri Höccətül-İslam Vəl-Muslimin Seyyid Mehdi Xamuşi Ərbəin komitələri və Xidmət Çadırları olan Mokəblərin İraqın Samirra və Bələd şəhərində keçirilən iclasında Ərbəin ziyarətinin mənəvi dərinliyinə toxunaraq bildirib: “Ərbəin bizim üçün zehnimizə yüklənmiş çoxlu mənalar daşıyır. Çalışmalıyıq ki, bu həqiqətə yaxınlaşaq, ziyarəti ruhumuzun dərinliklərindən dərk edək.”
Ərbəin günlərində zəvvarların çoxluğunu dünyanın diqqətinə çatdırmaq lazım olduğunu bildirən Seyyid Mehdi Xamuşi, deyib: “Bu hadisə müasir dünyada ən nadir toplantıdır; İmam Hüseyn (əleyhi səlam) yolu hazır etmişdir və biz bütün imkanlarımızla buna xidmət etməliyik.”
Cnab Höccətül-İslam Xamuşi İraqda ziyarət yollarının təhlükəsizliyinə toxunaraq əlavə edib: “İranlıların Kərbəla, Kazimeyn, Samarra və Nəcəfdə olması dəyərli fürsətdir ki, bu da qismən İraq Həşdu Şəbi -Xalq Səfərbərlik Qüvvələrinin təhlükəsizlik yaratmaq səyləri ilə bağlıdır. Digər tərəfdən, İraq xalqı ilə müsbət qarşılıqlı əlaqə, əgər bu, onların iqtisadi rifahına səbəb olarsa, xalqlar arasında əlaqələri də gücləndirəcək.”
O, Ümmət arasında İslam birliyinin zəruriliyini vurğulayaraq belə bildirib: “Sünni qardaşlarımıza qardaşlıq əllərimizi uzadırıq, çünki ortaq düşmənimiz var. Samirra və Bələd şəhərlərində ziyarətin inkişafının xeyirli nəticələri göz qabağındadır və buna görə də ziyarətgahların coğrafiyasına daha çox diqqət yetirilməlidir. Samarradakı zəvvarlara fəal xidmət çadırları –Mokəblər həqiqətən də cihadla məşğuldurlar və biz bu cihadın firavanlığını artırmalıyıq.”
İranın Vəqf və Xeyriyyə Məsələləri Təşkilatının rəhbəri, bu ilin siyasi və regional şərtlərinə toxunaraq deyib: “Bu il Ərbəinin anti-sionist və anti-Amerika siması var. Biz İslam İnqilabının Böyük Rəhbərinin müdrikliyini fədakarlığı, şəhadəti, milli birliyi düzgün izah etməli və düşmənləri, xüsusən də sionist rejimi necə diz çökdürmüş olduğumuzu hamıya göstərməliyik.”
Sizin rəyiniz