2 noyabr 2025 - 13:26
Rusiya Venesuelanın müraciəti ilə bağlı "Vaşinqton Post" qəzetinin yazdığı iddiasına cavab verdi

Kreml sözçüsü Dmitri Peskov bu gün etdiyi çıxışında Moskvanın Venesuela ilə əlaqədə olduğunu və Karakasla bağlı müqavilə öhdəliklərinin olduğunu vurğuladı.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kreml sözçüsü "Vaşinqton Post" qəzetinin Venesuela ilə bağlı iddiasına cavab verdi.

Kreml sözçüsü Dmitri Peskov bu gün etdiyi çıxışında Moskvanın Venesuela ilə əlaqədə olduğunu və Karakasla bağlı müqavilə öhdəliklərinin olduğunu vurğuladı.

Peskov bu sözləri "Vaşinqton Post" qəzetinin dərc etdiyi, Venesuela prezidentinin ölkə sahilləri yaxınlığında ABŞ ilə hərbi gərginlik fonunda Rusiya, Çin və İrandan kömək istədiyi iddiasına cavab olaraq söylədi.

Ukraynadakı müharibə ilə bağlı Peskov həmçinin dedi: "Hazırda vacib olan məsələ Rusiya və ABŞ prezidentləri arasında görüş keçirmək deyil, Ukrayna böhranının həllinə diqqət yetirməkdir".

Sizin rəyiniz

You are replying to: .
captcha