16 iyul 2025 - 20:18
Source: SAHAR TV
Pakistan qətiyyətlə göstərdi ki, İranla qardaşdır

Öz pakistanlı həmkarını qarşılayan İran daxili işlər naziri deyib: Pakistanın sədaqətli və qətiyyətli addımı əməldə göstərdi ki, iki dövlət və xalq dost və qardaşdır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Daxili İşlər Naziri cənab İsgəndər Mömini Pakistan Daxili İşlər Nazirini qarşılama mərasimində bildirib: “Sionist rejimin İrana qarşı hücumunu qətiyyətlə pislədiyinə görə, dost və qardaş Pakistanın hökuməti, parlamenti və xalqına xüsusi minnətdarlığıımı bildirməliyəm. Pakistanın sədaqətli və qətiyyətli addımı əməldə göstərdi ki, iki dövlət və xalq dost və qardaşdır və müxtəlif sahələrdə anlaşmalar və həmkarlıqları artırmaq üçün böyük imkanlara malikdir.”

Pakistan Daxili İşlər Naziri İran, İraq və Pakistan Daxili İşlər Nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi etdiyi üçün İran daxili işlər nazirinə təşəkkür edib. Onikigünlük müharibənin baş verməsi və sözügedən iclasın təxirə düşməsindən təəssüf ifadə edən pakistanlı nazir bildiribdir ki: İki xalq bundan qabaq da bir-birinin kənarında olub, lakin müharibədən sonra bu bağlılıq və həmrəylik daha da dərinləşibdir.

Sizin rəyiniz

You are replying to: .
captcha