HƏMAS hərəkatı bəyanat yayaraq elan edib ki, işğal olunmuş Fələstin ərazilərindəki məscidlərdə sionist rejim tərəfindən azan verilməsinin qarşısının alınması dini müharibədir.
HƏMAS İslami Müqavimət Hərəkatı faşist İsrail rejimin daxili təhlükəsizlik naziri İtamar Ben-Quyerin işğal olunmuş Fələstin ərazilərindəki məscidlərdə azan oxunmasının qarşısının alınması ilə bağlı əmrinə cavab olaraq bazar günü verdiyi bəyanatda bildirib: “HƏMAS İslami Müqavimət Hərəkatı, 1948-ci ildə işğal olunmuş Fələstin ərazilərindəki məscidlərdə azan səsinin yayımının qarşısını almaq üçün işğalçı İsrail rejimin ekstremist naziri İtamar Ben-Guyerinin verdiyi əmrinin təhlükəli nəticələri barədə xəbərdarlıq edir.”
HƏMAS vurğulayıb: “Bu cür hərəkətlər bütün dünya müsəlmanlarının duyğularını qızışdırmaqdır, və işğalçı rejimin hər gün artan təcavüzünun bariz nümunəsidir ki, məscidlər və İslami müqəddəs məkanlar belə bu təcavüzlərdən istisna deyildir.
Hərəkat bəyan edib: “Biz işğalçıların bu siyasətinə, ibadət, ayin və müqəddəs yerləri hədəf alan dini müharibəyə qəti şəkildə qarşıyıq. Bu hərəkət müqəddəs yerlərin, dini və tarixi hüquqların qorunmasını təmin edən bütün beynəlxalq qanunlara açıq şəkildə ziddir.”
HƏMAS daha sonra elan edib: “İşğalçı rejim hakimiyyətinin ifrat sağçı hökumət və nazirlərinin bilavasitə dəstəyi ilə fələstinlilərə, onların məscidlərinə və müqəddəs məkanlarına qarşı getdikcə artan təcavüzləri işğalçılar üçün ciddi problemə çevrilib və bu təhlükəli gərginliyə qarşı xalqın qəzəb dalğasının artmasına səbəb olacaq.”
HƏMAS hərəkatı sözlərini belə yekunlaşdırıb: “İşğal olunmuş ərazilərdəki Fələstin xalqının övladlarını məscidlərin və müqəddəs yerlərin müdafiəsi üçün ictimai və milli addımları artırmağa, tarixi və dini hüquqlarımızı pozmağa çalışan hər kəsə açıq mesaj göndərməyə çağırırıq.”
Sizin rəyiniz