Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hindistan hindu rejiminin işğalında olan Kəşmirin Pahalqam bölgəsində bir sıra mülki vətəndaşların ölümü ilə nəticələnən son süni terror aktı indi Hindistan hökuməti tərəfindən ölkənin müsəlman icmasına qarşı uzunmüddətli təzyiq, repressiya və marjinallaşdırma siyasətini inkişaf etdirmək üçün bəhanə kimi istifadə olunur.
Hindistan hindu hökuməti milli təhlükəsizlik narahatlıqlarını əsas gətirərək, təkcə şübhəli şəxslərə deyil, həm də Kəşmirdə və ölkənin digər bölgələrində sadə insanlara təsir edən yeni repressiya kampaniyasına başlayıb.
Hindistanın millətçi mediası dərhal Pakistanlıları və Kəşmir müsəlmanlarını hücuma cəlb edərək, ölkənin media mənzərəsini bütün Hindistan Müsəlman iİmasını ittihamlara və şübhələrə məruz qoyan obyektə çevirdi. Bu hərəkət ictimai birliyin zəifləməsində və müsəlmanlara qarşı zorakılıq mühitinin yaradılmasında təsirli rol oynadı.
Bu öncədən hazırlanmış süni terror hücumdan sonra Hindistan buddist rejimi Kəşmirdə hərbi vəziyyət elan etdi, rabitə əlaqəsi kəsildi, müşahidə uçuşları artırıldı, 2000-dən çox kəşmirli həbs olundu, hücumu törədənlərin “müəyyən edilərək həbs edilməsi” üçün geniş tədbirlərə başlanıldı.
Məlumatlar göstərir ki, hücumçularla əlaqəli olduğu iddia edilən günahsız müsəlmanların evləri geniş şəkildə dağıdılıb. Əslində, bu hadisə ekstremist hindu qruplarına Müsəlmanlara qarşı zorakılığı gücləndirmək imkanı verdi. Və son məqsəd də bu idi...
Hücumdan sonrakı günlərdə Uttar Pradeş, Karnataka və Madhya Pradeş də daxil olmaqla Kəşmirdən uzaq əyalətlərdə müsəlmanların təqib edildiyi barədə xəbərlər yayılıb.
Bu hücumlara dükanların dağıdılması, evlərin yandırılması və dindarların döyülməsi daxildir. Həmçinin bəzi Kəşmirli tələbələrin hücuma məruz qalaraq evlərini tərk etmək məcburiyyətində qalması, Hindistanda hinduların ictimai rəyinin hadisədən sonra şiddətli atmosferdən təsirləndiyini göstərir. Bəzi hallarda hətta İslami Hicab da ekstremizmlə əlaqələndirilmiş və müsəlmanların daha da təcrid olunmasına yol açmışdır.
Sadalanan anti-İslam hərəkətlərin bir çoxu elə bir halda baş verib ki, təhlükəsizlik qüvvələri onların qarşısını almaq üçün heç bir müdaxilə etməyib və buna görə də Hindistan hökumətinin müsəlmanlara qarşı zorakılığa şərikliyi və ya biganəliyi narahatlıqları artırıb.
Həmçinin, son günlər Hindistanda bəstələnmiş və yayımlanan anti-İslam və qızışdırıcı mahnılar dalğası ölkənin media məkanını doldurmuş və müsəlmanlara qarşı nifrəti artırmışdır.
Sürətli ritmlərə və cazibədar qafiyələrə qurulan mahnılar son hücuma görə şiddətli qisas almağa çağıran "Hindutva pop" kimi tanınan janrın bir hissəsidir.
Məscidlərin dağıdılması
Müsəlmanlarla yanaşı, İslami məkanlar və Məscidlər də ekstremist hiduların hücumlarından və bəzi yerli hakimiyyət orqanlarının ayrı-seçkilik hərəkətlərindən qorunmayıb. Uttar Pradeş, Karnataka və Madhya Pradeş ştatlarından gələn xəbərlər yerli hinduların ya təhlükəsizlik qüvvələrinin pərdəsi altında, ya da laqeydliklərinin kölgəsində Məscidlərə hücum etdiyini göstərir. Bu hücumlarda dini strukturların dağıdılması, Məscidin, xaric və daxilindəki əşyalarının yandırılması və ibadət edənlərin təqib edilməsi, represiyalara məruz qalması daxildir. Bəzi hallarda təhlükəsizlik qüvvələri asayişi qorumaq bəhanəsi ilə Məscidləri bağlayıb və ya mühasirəyə alaraq müsəlmanları ibadət etməkdən çəkindiriblər.
Uttar Pradeş ştatının hökuməti azı 20 məscidi və İslam məktəblərini viran edib. Yerli hakimiyyət orqanları bu tədbirlərin “Mənfəət Vergisi” Qanununun 67-ci maddəsinə əsasən və qanunsuz tikililərə qarşı mübarizə bəhanəsi ilə həyata keçirildiyini açıqlayıb.
Uttar Pradeşin Şravasti şəhərində də 17 qeyri-rəsmi məktəb, Siddhartha Nagar bölgəsində isə hökumət torpaqlarında yerləşən bir neçə Məscid və İslam məktəbi sökülüb. Din alimləri və müsəlman liderlərə də siyasi çıxışlardan çəkinmələri barədə xəbərdarlıq edilib.
Hindistan hakimiyyəti Məscidlərin terror fəaliyyəti ilə əlaqəsi səbəbindən dağıdıldığını iddia etsə də, yerli sakinlər bu iddiaları rədd edərək bunu kollektiv cəza və represiya adlandırırlar.
Müşahidəçilər Hindistan hökumətinin bu addılarını müsəlman azlığın dini və təhsil müəssisələrinin sistematik şəkildə sıxışdırılması və Hindistanda dini kimliyin aradan qaldırılması cəhdi kimi qiymətləndirirlər.
Ölkə əhalisinin 200 milyondan çoxunu təşkil edən Hindistan müsəlmanları indi elə bir mühitdə yaşayırlar ki, onlar özlərini nəinki təhlükəsiz hiss etmir, hətta hər hansı hadisə onlara qarşı zorakılıq üçün bəhanə olur.
Müsəlman liderləri və hüquq müdafiəçiləri dəfələrlə xəbərdarlıq ediblər ki, hindu ekstremist qrupları terror hücumlarından sonra yaranmış emosional atmosferdən istifadə edir və müsəlmanları daxili düşmən kimi göstərməyə çalışırlar. Və bütün bu cinayətlər ekstremist media və bəzi yerli hakimiyyət orqanları tərəfindən dəstəklənərək gücləndirilir.
Müsəlmanlara qarşı sistematik zorakılıq dövrü
Hindistan hindu rejimi öz hərəkətlərini terrorizmlə mübarizə vasitəsi kimi əsaslandırsa da, etnik və dini ədavəti təbliğ etməklə geniş Müsəlman icmasının hədəfə alınması əslində məqsədləri məzhəb ixtilaflarını qızışdırmaq və regionda sabitliyi pozmaq olan amillərin, təkfirçi qrupların və ola bilsin ki, bu cür terror aktlarında iştirak edən digər xarici ünsürlərin xeyrinədir.
Müsəlmanlar və hindular əsrlər boyu yan-yana sülh şəraitində yaşayıblar və Hindistan Müsəlman İcması təkfirçi baxışlara qarşı çıxır və onlara qarşıdır. Bununla belə, sağçı və ekstremist hindu hərəkatlarının təzyiq siyasətləri praktikada hinduist təkfirçi fikirlərin təbliğinə rəvac verir. Ona görə də vətəndaş cəmiyyəti fəalları xəbərdarlıq ediblər ki, bu cür tədbirlər təkcə sosial gərginlik yaratmır, həm də azlıqların hakim struktura inamını ciddi şəkildə sarsıdır.
Bu hadisədən sonra hindu ekstrimistlrinin və hakimiyyət organlarının Məscidlərə və dini məkanlara qarşı davam etdirdikləri zorakılıq Hindistanda dini birgəyaşayış üçün ciddi həyəcan təbili çalır və tənzimləyici, məhkəmə və beynəlxalq qurumların dərhal müdaxiləsini tələb edir.
Başqa sözlə, Hindistanda dini qütbləşmə qısa müddətdə hakim partiyaya xeyir verə bilər, amma uzunmüddətli perspektivdə sosial narazılığa, etnik iğtişaşlara, milli birliyin zəifləməsinə gətirib çıxaracaq. Hindistanın dini müxtəlifliyi qarşıdurma alətinə çevrilsə, milli sərvət deyil, ölkənin təhlükəsizliyi üçün təhdid olacaq.
Beynəlxalq müşahidəçilər hesab edir ki, Kəşmirə hücumdan sonra Hindistanın Müsəlman icmasına qarşı repressiyalar təhlükəsizlik cavabı səviyyəsindən kənara çıxıb və hakim partiyanın siyasi-ideoloji layihəsinin bir hissəsidir. Kəşmirin muxtariyyətinin ləğvi, ayrı-seçkilik xarakterli vətəndaşlıq qanunlarının qəbulu, hindu dəstələrinin Müsəlmanlara qarşı zorakı hərəkətlərinə məhəl qoymamaq kimi millətçi şüarlara arxalanaraq son illərdə çoxsaylı addımlar atan bu partiya indi də eyni yanaşmanı davam etdirir.
Bütövlükdə, Kəşmir hücumu milli birlik və terrora qarşı qanuni mübarizə üçün fürsət olmaq əvəzinə, müsəlmanlara qarşı repressiya və zorakılığın hərəkətverici qüvvəsinə çevrilib.
Hökumətin hərəkətləri və ayrı-seçkilik rəvayətləri nəinki heç bir təhlükəsizlik məsələsini həll etmir, həm də məzhəb və dini ayrı-seçkiliyi dərinləşdirə, sosial və siyasi böhranlara gətirib çıxarır. Mövcud tendensiyalar davam edərsə, Hindistan daxili qeyri-sabitlik, beynəlxalq təcrid və onilliklər ərzində hökm sürən dinc dini birgə yaşayışın dağılması perspektivinə hazır olmalıdır.
Sonda qeyd etmək lazımdır ki, Kəşmir hücumundan sonra Hindistanda baş verənlər təhlükəsizlik cavabı çərçivəsindən kənara çıxıb və müsəlmanlara qarşı etnik və ayrı-seçkilik siyasətinin güclənməsinin narahatedici əlamətidir.
Geniş yayılmış repressiyalar, dini obyektlərin dağıdılması, ekstremist rəvayətlər nəinki təhlükəsizliyi yaxşılaşdırmır, həm də sosial və dini təfriqələri dərinləşdirir.
Bu tendensiyanın davam etməsi Hindistanda dinlərin tarixi birgəyaşayışını təhdid edir, ölkəni daxili böhranlara, geniş etirazlara və beynəlxalq təcrid vəziyyətinə salır. Hindistanda daxili təhlükəsizlik yalnız dini müxtəlifliyi, ədaləti, qanunun aliliyini qorumaq və ekstremizmdən çəkinməklə mümkündür.
Sizin rəyiniz