8 may 2025 - 05:10
Sionistləri YANDIRAN Kanada seçkilərinin nəticələri / Mark Karni və onun Fələstinlə bağlı mühafizəkar mövqeyi

Kanadada keçirilən son seçkilərin nəticələri xüsusilə Fələstin məsələsində daha mühafizəkar mövqelərə malik olan Mark Karninin qələbəsi ilə sionist rejim tərəfdarlarını qəzəbləndirib. Belə ki, sionist təsirli Dalia Kurtz çıxışında Kanadanın indi “Kanada İslam Respublikası”na çevrildiyini nəzərə alaraq Floridaya köçməyi planlaşdırdığını açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Qüds Əl-Ərəbinin məlumatına görə, Kanada seçkilərinin nəticələri sionist tərəfdarı dairələr arasında geniş qəzəb yaradıb. Bu arada, Fələstin məsələsində Mark Karninin başçılıq etdiyi liberalların qələbəsi, əlbəttə ki, əsaslı dəyişiklik etmədən, ən yaxşı halda mənfi baxışların azalmasını göstərə bilərdi.

Faşist İsrail rejiminin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndə heyətinin Torontoda anadan olmuş keçmiş spikeri Aviva Klompas seçkilərin nəticələrindən dərin məyus olduğunu bildirib, sionist təsirli Dalia Kurtz isə çıxışında Kanadanın indi “Kanada İslam Respublikası”na çevrildiyini nəzərə alaraq Floridaya köçməyi planlaşdırdığını açıqlayıb.

Kanadadakı sionist rejim tərəfdarlarının bu bəyanatları ölkənin yeni baş naziri Mark Karninin Castin Trüdo ilə müqayisədə Fələstin məsələsində mühafizəkar mövqe tutduğu bir vaxta təsadüf edir. Və baş nazir kimi son günlərində “mən sionistəm” deyən Trüdodan fərqli olaraq, yeni baş nazir sionizmə ideoloji bağlılıq nümayiş etdirmir. Lakin sionist rejim tərəfindən fələstinlilərin qətliamı ilə bağlı suala cavab olaraq o, sualdan yayınaraq, bunu “mürəkkəb sual” kimi qiymətləndirib.

Necə ki, seçki kampaniyası zamanı tamaşaçılardan kimsə qışqıranda: "Fələstində soyqırım davam edir!"

Karni belə cavab verib: “Mən bunun fərqindəyəm və buna görə də biz İsrailə silah embarqosu qoyduq”.  Lakin o, sonradan jurnalistlərə “soyqırım” sözünü eşitməmişəm” deyib.

Sizin rəyiniz

You are replying to: .
captcha