29 aprel 2025 - 06:52
Yəmən, MQ-9 PUA-ları vurmaqla ABŞ-ın hərbi əməliyyatının ikinci mərhələsini əngəlləyib

CNN: ABŞ-ın yeddi pilotsuz təyyarəsinin Yəmən qüvvələri tərəfindən müvəffəqiyyətlə məhv edilməsi Pentaqonun ərəb ölkəsinə qarşı təcavüzünün ikinci mərhələsinə keçməsini çətinləşdirir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-ın CNN telekanalı rəsmilərə istinadən xəbər verir ki, Vaşinqton 30 gün ərzində Yəmən üzərində hava üstünlüyü əldə etməyə və ərəb ölkəsinin hava hücumundan müdafiə sistemlərini “hücumların yeni mərhələsinə” başlamaq üçün yetərincə deqradasiya etməyə ümid edir. Lakin pilotsuz təyyarələrin daim itkisi ABŞ üçün bu cəhdi daha da çətinləşdirib.

Belə ki, ABŞ tərəfindən buraxılmış cəmi 22 MQ-9 Reaper pilotsuz təyyarəsinin (milyonlarla dollar dəyərində) vurulması ABŞ qüvvələrinin təcavüzün ikinci mərhələsinə keçməsinə mane oldu. Bu arada yüksək rütbəli Yəmən rəsmisi F-15, F-16, F-18 qırıcılarını və Amerikanın gizli təyyarələrini vura biləcəkləri bir nöqtəyə çatacaqlarını əmin edib.

Yəmən ordusu son həftələrdə Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmilərinə sistematik hücumlar edib, eyni zamanda ABŞ və İsrailin Qəzza zolağında başlatdıqları soyqırımı bitənə qədər bu cür əməliyyatlara son verməyəcəyini bir daha təsdiqləyib.

Sizin rəyiniz

You are replying to: .
captcha