Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Vəhhabi terrorçu Qolaniyə bağlı vəhşi ünsürlər növbəti dəfə zatı qırıq olduqlarını nümayiş etdirərək, Həzrət Zeynəbin (səlamullahi əleyha) müqəddəs hərəminin günbəzində ucaldılmış bayrağı endirdilər.
Colani vəhhabi terrorçu rejiminə bağlı anormal ünsürlər səbəb kimi bayraqlarda “Ya Zeynəb” ifadəsinin olmasını göstəriblər! Və iddia edirlər ki, bu ifadə cəmiyyətin müxtəlif təbəqələri arasında sülhü pozur! Yəni daha açıq desək vəhşi və cinayətkar vəhhabi terrorçu ünsürlərini incidir.
Suriyaya terror gücü ilə hakim kəsilmiş vəhhabi terrorçu ünsürləri bir neçə gün əvvəl terrorçu qrupların başçısı “Əbu Məhəmməd əl-Culani”-Qolani ləqəbli “Əhməd əl-Şaraa”nın Suriyada sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ölkənin Şiə icmasından olan nümayəndə heyəti ilə görüşüb müzakirələr apardığı bir vaxtda yenə Həzrət Zeynəbin (səlamullahi əleyha) hərəmini təhqir ediblər.
Sizin rəyiniz