Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qəzza müharibəsi Netanyahunun boğazına sancılmış bıçaq kimidir; Geri çəkilsə, işlər daha da pisləşəcək, davam etsə, şübhəsiz ki, onun süqutuna səbəb olacaq. Buna görə də çoxları Qəzza müharibəsinin Netanyahunun siyasi işini xitam verə biləcəyinə inanır.
Faşist İsrail qanunsuz rejiminin baş naziri Qəzzada müharibəni bitirmək üçün böyük bir maneə ilə üzləşib, onun kabinetindəki ekstremist nazirlər, daxili təhlükəsizlik naziri İtamar Ben-Giver və maliyyə naziri Bezalel Smotriç atəşkəsə qəti şəkildə qarşıdırlar. Son iki həftə ərzində atəşkəsin pozulması və hücumların yenidən başlanması da bu şəxslərin təzyiqi ilə baş verib. Netanyahu bilir ki, müharibənin dayandırılması kabinetdəki radikal müttəfiqlərin istefasına səbəb olacaq. Buna görə də hökumətinin birliyini qorumaq və onun dağılmasının qarşısını almaq məqsədi ilə Qəzzada mübarizəni davam etdirir.
Bu arada Qəzzaya qarşı müharibə davam edərkən, işğal olunmuş ərazilərdəki sionist miqrantlarının Netanyahoya qarşı müxalifət dalğası artır və HƏMAS-ın saxladığı məhbusların dərhal azad edilməsi və Qəzza zolağına hücumların dayandırılması tələbləri güclənir. Xüsusilə qansız İsrail faşist rejim ordusunun Qəzza xalqına qarşı on səkkiz aydan çox təcavüz və soyqırımdan sonra HƏMAS-ı məğlub etmək və məhbusları azad etmək məqsədinə çata bilməməsi etiraz dalğalarını daha da şiddətləndirir.
Belə ki, uşaq qtili İsrail sionist rejim ordusu və təhlükəsizlik qüvvələrinin sıralarında Qəzza müharibəsinə qarşı müqavimət durmadan artır. Qeyri-leqal İsrail rejiminin "Kanal 13" televiziyası bildirib ki, rejim ordusunun tibbi ehtiyatda olan 200 üzvü Qəzza zolağından əsirlərin azad edilməsi və müharibənin dayandırılması tələbi ilə məktub imzalayıb.
Hətta Mossad agentləri də Netanyahunun hərəkətlərinə etiraz olaraq səslərini ucaldıblar. Yedioth Ahronoth qəzeti 250 keçmiş Mossad agentinin Qəzza zolağında yəhudi əsirlərinin azad edilməsi və müharibənin dayandırılmasının vacibliyini vurğuladığını bildirib.
Faşist İsrail rejiminin Kanal 12 televiziyası isə son sorğulara istinadən xəbər verir ki, hakim koalisiyadakı seçicilərin 52 faizi əsirlərin azad edilməsini və müharibənin dayandırılmasını tələb edir, 34 faizi isə müharibənin dayandırılmasının əleyhinədir.
Bu arada, 1250 məhbus ailə üzvü, müharibənin dayandırılması bahasına olsa belə, bütün əsirlərin dərhal azad edilməsini tələb edən petisiya imzalayıb. Bu məktubun bir hissəsində deyilir: “Hazırda müharibə millətin və ölkənin təhlükəsizliyi, milli və sosial maraqlarından çox, dövlətin siyasi və şəxsi maraqlarına xidmət edir”.
Sizin rəyiniz