20 aprel 2025 - 21:54
Pakistanın paytaxtında izdihamlı "Qəzza Yürüşü" mitinqi keçirilib / Ümummilli tətilə və İsrail məhsullarını boykot etməyə çağırış!

İslamabadda “Camaat-i İslami Pakistan”-ın dəvəti ilə izdihamlı “Qəzza Yürüşü” mitinqi keçirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Pakistanın paytaxtı İslamabadda "Camaat-i İslami Pakistan"ın dəvəti ilə və pakistanlıların böyük iştirakı ilə "Qəzza Yürüşü" adlı böyük toplantı keçirilib.

İlk öncə aksiyanın İslamabadın Qırmızı Bölgəsindəki ABŞ səfirliyi qarşısında keçirilməsi nəzərdə tutulmuşdu, lakin amerikapərəst Pakistan hökuməti əraziyə gedən bütün yolları konteynerlərlə bağladıqdan sonra Camaat-i İslami Pakistan aksiyanı Ekspress yolunda keçiriblər.

Mitinq iştirakçıları Amerika və sionist rejim əleyhinə şüarlar səsləndirərək, Amerikanın dostu olan hər kəsin xain olduğunu vurğulayıblar.

“Camaatı-İslami Pakistan”-ın Əmiri Hafiz Naim-ur-Rəhman aprelin 26-da ümummilli tətil elan edib və Pakistan xalqını Fələstin xalqına dəstək olaraq bu dinc cihad hərəkatında geniş şəkildə iştirak etməyə çağırıb.

O, vurğulayıb: “Biz heç kimlə toqquşmaq fikrində deyilik, polislə də problemimiz yoxdur, amma heç kim yolumuzu kəsə bilməz.”

Hafiz Naim İslam ölkələri rəhbərlərinin susqunluğunu tənqid edərək deyib: Biz ölkəmizə hörmət edirik, lakin Fələstin və Kəşmir xalqının yanında olmaq üçün hökmdarları ayıltmaq istəyirik. İslam xalqı laqeydlik yuxusuna düşüb.

O əlavə edib: Fələstin məsələsi təkcə siyasi məsələ deyil, həm də bizimlə dini, tarixi və inanclara əsaslanan əlaqəyə malikdir. Pakistan yarananda Fələstinin də azadlığı uğrunda mübarizə gedirdi.

Camaat-i İslami Pakistanın əmiri həmçinin faşist İsrail rejiminin mallarının və bu rejimin tərəfdarlarının boykotunun davam etdirildiyini vurğulayaraq deyib: Bu embarqo təkcə iqtisadi deyil, həm də zülmə qarşı mübarizə və hüquqların müdafiəsidir.

O, Pakistan xalqı qarşısında çıxışının sonunda deyib: Mən bütün Pəncab, Sind, Bəlucistan, Xeyber Paxtunxva və Gilgit-Baltistanın cəsur xalqlarını bir bayraq altında toplanmağa, müsəlman olaraq bir araya gəlməyə, parçalanmaları bir kənara qoymağa və 26 aprel tətilini möhtəşəm şəkildə keçirməyə çağırıram.

Sizin rəyiniz

You are replying to: .
captcha