17 aprel 2025 - 21:53
Source: KHAMENEI.IR
Səudiyyə Ərəbistanının müdafiə nazirinin İnqilab Rəhbəri ilə görüşü

Bu görüşdə cənab Xalid bin Salman Səudiyyə Ərəbistanının müdafiə naziri ölkəsinin Kralının məktubunu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə təqdim edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Cənab Xalid bin Salman Səudiyyə Ərəbistanının müdafiə naziri cümə axşamı günü 17.04.2025-ci il tarixdə axşam saatlarında İnqilab Rəhbəri ilə görüşüb söhbət edib.

Bu görüşdə cənab Xalid bin Salman Səudiyyə Ərəbistanının müdafiə naziri ölkəsinin Kralının məktubunu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə təqdim edib.

İslam İnqilabının Rəhbəri bu görüşdə belə vurğuladı: “İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin qurulmasının hər iki ölkə üçün faydalı olacağına inanırıq və bu iki ölkə bir-birini tamamlaya bilər.”

Həzrət Ayətullah Xamenei iki ölkə arasında münasibətlərin genişlənməsinin düşmənlərinin olduğunu vurğulayaraq bildirdi: “Bu düşmən maraqlarına qalib gəlmək lazımdır və biz bu məsələdə hazırıq.”

O Həzrət İranın bəzi sahələrdə əldə etdiyi irəliləyişlərə toxunaraq qeyd etdi: “İran İslam Respublikası bu sahələrdə Səudiyyə Ərəbistanına kömək etməyə hazırdır.”

İslam İnqilabının Rəhbəri vurğulayıb: “Regionda qardaşların birgə əməkdaşlıq etməsi və bir-birinə yardım göstərməsi başqalarına arxalanmaqdan qat-qat yaxşıdır.”

Sizin rəyiniz

You are replying to: .
captcha