Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən ordusu işğal olunmuş Fələstin torpaqlarında cühüd terror rejiminin iki hərbi bazasını pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.
Yəmən silahlı qüvvələrinin sözçüsü deyib: Ordunun pilotsuz uçuş aparatları iki Yaffa tipli pilotsuz təyyarə ilə yəhudi cinayətkarlarının işğal altındakı Yaffa (Təl-Əviv) bölgəsində iki hərbi bazanı hədəfə alıb.
Briqada generalı Yəhya Səri əlavə edib: Bu əməliyyat məzlum Fələstin xalqına və onların müqavimət göstərən döyüşçülərinə kömək məqsədilə və sionist rejimin Qəzza zolağındakı cinayətlərinə cavab olaraq həyata keçirilib.
O əlavə edib: Yəmən Silahlı Qüvvələri Fələstin xalqını əmin edir ki, onlara dəstək və yardım etməkdə davam edəcəklər və Amerika düşməninin Yəmənə qarşı davam edən təcavüzü onların Fələstin xalqına qarşı bu dini, mənəvi və humanitar borcunu yerinə yetirməsinə mane olmayacaq.
Səri vurğulayıb ki, Yəmən silahlı qüvvələrinin əməliyyatları təcavüz dayandırılana və Qəzza zolağının mühasirəsinə son qoyulmayana qədər dayanmayacaq.
ABNA Xəbər Agentliyi
Sizin rəyiniz