Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Xəbər mənbələri ABŞ işğalçı qüvvələrinin Yəmənin şimalındakı Saada əyalətinə yenidən hücum etdiyini bildirib.
Böyük şeytan Amerika Birləşmiş Ştatlarının qırıcıları təyyarələri Yəmənin şimalındakı Səadanın şərqindəki "Kəhlan" bölgəsinə iki dəfə hücum edib.
Bu hücumlar nəticəsində mümkün itkilər barədə hələlik əlavə məlumat verilməyib.
CNN-in cümə gecəsi məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ-ın Yəmənə qarşı hərbi əməliyyatı indiyədək təxminən 1 milyard dollara başa gəlib, lakin bununla belə “Husilərin imkanlarını məhv etməyə məhdud təsir göstərib”.
Qeyd edək ki, Amerika şəbəkəsi, adı açıqlanmayan üç mənbəyə istinadən xəbər verir ki, ABŞ-ın martın 15-də başlayan son üç həftə ərzində hərbi müdaxiləsi uzun mənzilli JASSM qanadlı raketləri, JSOW idarəolunan bombalar və Tomahawk da daxil olmaqla yüz milyonlarla dollarlıq sursatdan istifadə edib.
Sizin rəyiniz