18 mart 2025 - 17:54
Vəhhabilərin sifarişlərinin icraçısı "Müaviyə" tele-serialı / Saxta tarixlə tamaşaçı cəlb etmək!

Müaviyə tele-serilalının tənqid və araşdırma iclasında ekspertlər serialın əsas məqsədini Əməvi sülaləsini, xüsusi ilə də Müaviyəni saflaşdırmaq, tarixi azğın vəhhabilik sektası lehinə təhrif etmək, şiə və sünniləri parçalamaq layihəsini tamamlamaq kimi qiymətləndiriblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "Müaviyə" tele-serialının icmal sessiyasında mütəxəssislər serialı nəzərdən keçiriblər.

Müaviyə tele-serialı sünni ideologiyasına ziddir.

Dinlər və Konfessiyalar Universitetinin professoru Höccətülislam Doktor Mehdi Farmanian bu görüşdə deyib:

“Bu gün vəhhabilər Osmanlı düşüncəsini sünni düşüncəsi kimi tanıtmaq üçün Müaviyə silsiləsindən istifadə etmək niyyətindədirlər. Amma bu, İbn Teymiyyənin təfəkkürü olduğu üçün, Əhli Sünnət “də bu düşüncəyə qarşıdırlar.

O əlavə edib:

“Üləmalar, böyüklərimiz düşmən pazelini tamamlamamalıdırlar; Çünki vəhhabilər şiələrlə sünnilər arasında dava salmağa çalışırlar; Baxmayaraq ki, əslində əsas fərq sünnilərlə vəhhabilik arasındadır. Ona görə də biz sünni alimlərinin tənqidlərini əks etdirməklə bu silsiləyə qarşı çıxa bilərik.”

Doktor Mehdi Farmanian daha sonra vurğulayıb:

 “Bu serialda sünni tarixinə sadiq qalmağa çalışılsa da, lakin vəhhabilərin tapşırıq və əmrləri yerinə yetirilib; Ona görə də tarixçilər sünni mənbələrinə uyğun olaraq tele-serialdakı çoxsaylı tarixi səhvləri üzə çıxararaq, tele-serialı tənqid edə bilərlər.”

Müaviyə tele-serialı Əhli Tsənnünün baxışı deyil.

Yəmənli İslam alimi və mütəfəkkiri Dr. Essam Yəhya İmad sünni alimlərinin Müaviyə ilə bağlı fikirləri haqqında belə deyib:

“Həsən əl-Bənna Müaviyənin əleyhinə idi, Əhməd Siddiq əl-Eməri Müaviyə əleyhinə kitab yazıb, hətta sələfi olan İbn əl-Cövzi də Yezidi təkzib edən əsər yazıbdır. Müaviyə tele-serialını yaradanlar sünni və şiələrin əqidəsini qəbul etməyən sektadır. Ona görə də demək olmaz ki, Müaviyə tele-serialı İran və Səudiyyə Ərəbistanı arasındakı ixtilafların nəticəsidir. Bundan əlavə İran istehsalı olan tele-seriallarda sünni baxışına diqqət yetirilir.”

Dr. Essam Yəhya İmad daha sonra vurğulayıb:

“Müaviyə tele-serialını sünni nöqteyi-nəzəri kimi təqdim etmək ədalətsizlikdir. Müaviyə tele-serialını yaradanlar Tarixi Təbəri kitabının sünnilərin istinad etdikləri tarixi kitab olmasını şübhə altına alan sektaçıların fikirlərinə əsaslanırlar. Halbuki, Tarixi Təbəri təkcə sünnilərin deyil, həm də şiələrin istifadə etdiyi bir kitabdır. Müaviyə tele-serialının yaradıcıları isə “Tarix ət-Təbəri” və “Tarix İbn Kəsir” kitablarından istifadə etməmişlər, çünki bu serialda Müaviyə haqqında təqdim etdikləri nəzəriyyə bu iki kitablarla ziddiyyət təşkil edir. Buna görə də Müaviyə serialı Tarixi Təbəriyə ziddir, çünki sünnilərin tarixi mənbələrində Müaviyə haqqında qeyd olunan tarix ilə şiələrin tarixi mənbələrində qeyd olunan tarix arasında heç bir fərqi yoxdur.”

100 milyon dollarlıq tele-seriyal!

Media eksperti və kino tənqidçisi Höcətülislam Morteza Fallah da sessiyada çıxış edərək deyib: "Müaviyə serialı MBC tərəfindən hazırlanıb. İki il əvvəl yayımlanmalı idi, lakin etirazlar səbəbindən təxirə salındı. Serialın büdcəsi 100 milyon dollardır. Ərəb ölkələri son illərdə strateji serialların istehsalına girmiş və bu il bəzi ərəb ölkələrinin yürütdüyü makro siyasətlərə uyğun olaraq Muaviyə serialı çəkilmişdir. Amma fakt butasındadır ki, sünni icması da Müaviyənin bu cür təsviri ilə razılaşmır.”

O əlavə edib:

“Serialla bağlı problemlərdən biri də personajların düzgün təsvir edilməməsidir. Məsələn, Müaviyə çox yeyən kök bir insan olub və Peyğəmbər (səlləllahu əleyhi və alih) onu doymamaqla lənətləmişdir və Müaviyyə bu nifrindən sonra doymamazlıq xəstəliyinə düçar olmuşdur. Lakin teleserialdakı Müaviyə isə gözəl quruluşlu bir xarakter kimi təsvir edilmişdir. Məsələn, Müaviyənin Məkkənin fəthindən əvvəl İslamı qəbul etməsi məsələsi bu tarixin aşkarcasına təhrif edilməsidir. Serialdakı digər məzmun qüsuru isə mühüm tarixi hadisələrin nəql olunmaması məsələsidir. Çünki, serialda bu mühüm hadisələr nəql olunardısa tele-serial sifarişçiləri öz əsas məqsədini, yəni Müaviyəni və Əməvi sülaləsini paklığa çıxarma siyasətlərini həyata keçirdə bilməzdilər.”

Serialda Müaviyənin əsl siması gizlədilir

Kino mütəxəssisi Höccətülslam Adriani cənabları da çıxış edərək deyiblər:

“Bu serial İslamı Peyğəmbərinin bir nömrəli düşməni və qatı əleyhidarı olan Əbu Süfyan kimi ünsürlərin imicini saflaşdırmağa çalışır. Müaviyə serialı Əbu Süfyanı Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alih) qarşısında duran biri yox, Uhud döyüşünün tamaşaçısı kimi təqdim edir.”

Bu media eksperti daha sonra vurğulayıb:

“Bu serialda tamaşaçılar Müaviyənin saflaşmasının şahidi olurlar; Qolani Suriyadakı kostyumunun arxasında terrorçu kimliyini gizlətdiyi kimi, bu serial da Müaviyənin əsl xarakterini gizlətməyə çalışır.”

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha