Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Hizbullah hərəkatının Kommunikasiya və Koordinasiya Bölməsinin rəhbəri Vafiq Səfa verdiyi müsahibədə hərəkatın mərhum baş katibi Seyid Həsən Nəsrullah ilə son görüşü və təmasları və şəhidin tövsiyələri ilə bağlı danışıb.
Bu Hizbullah rəsmisi vurğulayıb: “Seyid Həsən Nəsrullahın “Əqsa tufanı” döyüşündəki son çıxışları bütün səviyyələrdə siyasi vəsiyyətnamələr kimi idi.”
O əlavə edib: "Seyid Həsən Nəsrullahla sonuncu əlaqəm peycer partladıldığı gün idi, o, gecə saatlarında oğlumun vəziyyətini öyrənmək üçün mənə zəng vurdu, çünki partlayış zamanı oğlumun gözləri və əlləri yaralanmışdır.
Seyyid Həsənlə son işgüzar əlaqəm Livandakı vəziyyətlə bağlı xəbərləri ona vermək üçün şəhadətindən iki gün əvvəl olub və onunla sonuncu görüşüm isə onun şəhadətindən təxminən iki ay əvvəl idi, o zaman Livanın daxili məsələlərini müzakirə etmişdik. Seyid Həsən Nəsrullah həmişə Hizbullah məmurlarına xalqa xidmət etməyi tövsiyə edirdi, çünki bu partiya, özünün dediyi kimi, xalqın partiyası idi.”
Livan Hizbullahının yüksək vəzifəli rəsmisi əlavə edib:
“İşğalçılar Şəhid Nəsrullahın qətlindən sonra hədəflərini daha da gücləndirdilər. Hizbullahın sağ qalması bir qələbədir, Şəhid Nəsrullah partiyanı İslam millətinin, İslam millətini isə partiyanın bir hissəsi etdi. Hizbullah həmişə deyib ki, Hizbullah konkret bir şəxsdən asılı deyil, çünki Hizbullah bir yol, plan, təşkilat, xalq və ümmətdir.”
Vafiq Səfa Hizbullahın gələcək planlarına toxunaraq deyib:
“Hizbullahın güc və qüdrəti keçmişdə olduğundan daha böyük ölçüdə geri qayıdacaq, hazırda bütün diqqət və səylərimiz daxildədir. Seyid Həsən Nəsrullah demək istəyirdi ki, bizim Vilayətul-Fəqih və İmam Xamenei vilayətinə etiqadımıza baxmayaraq, Hizbullah Livan partiyasıdır. Seyid Nəsrullah Livan ordusu və daxili sülh və əmin-amanlıq ilə maraqlanırdı və ona sadiq idi.”
Livan Hizbullah hərəkatının Kommunikasiya və Koordinasiya Bölməsinin rəhbəri bildirib:
“İsrail düşmənini Livanla dəniz sərhədləri çəkməyə məcbur edən də Hizbullah idi. Hansı ki, cəmi 3 dron göndərməklə sionist rejimini bu imzaya vadar etdi.”
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
