12 fevral 2025 - 04:30
Aleksandr Duqin: İran regionun ən uğurlu ölkəsidir. Buna görə, İran xalqını təbrik edirəm!

Məşhur rus filosofu İslam İnqilabından sonra baş verənləri dəyərləndirərək deyib: “Qırx ildən artıqdır ki, İran İslam dünyasının düşmənlərinin - Qərb ölkələrindən, eləcə də keçmiş Sovet dövründən - sanksiyalara və hərtərəfli müqavimətə tab gətirdi və öz inkişaf prosesini davam etdirdi. Buna görə də İranın regionun ən uğurlu ölkəsi olduğunu söyləmək olar.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Moskvada İslam İnqilabının 46-cı ildönümü və İran İslam Respublikasının Milli Gününə həsr olunmuş mərasim keçirilib. 1403-cü il Bəhmənin 22-də (2025-ci il, Fevralın 10-da) axşam saatlarında keçirilən bu mərasimdə Rusiyanın energetika naziri, Moskva, eləcə də Aİ-İran Hökumətlərarası Əməkdaşlıq Komissiyasının Rusiya tərəfinin sədri Sergey Sivliyev çıxış ediblər.

İslam İnqilabının qələbəsinin ildönümü və İran İslam Respublikasının Milli Günü münasibətilə keçirilən mərasimində rəsmi dəvətlə iştirak edən Putinin Kremildə məsləhətçisi, məşhur rus filosofu Aleksandr Duqin müsahibə verərək deyib: “İran İslam İnqilabından sonra Həzrət Ayətullah Xomeyninin ideyalarına arxalanaraq ənənəvi dəyərlərinə qayıdıb yeni sahələrdə heyrətamiz və qeyri-adi inkişaflar əldə etdi.”

Bu rus mütəfəkkiri qeyd edib: “Qırx ildən artıqdır ki, İran İslam dünyasının düşmənlərinin - Qərb ölkələrindən, eləcə də keçmiş Sovet dövründən - sanksiyalara və hərtərəfli müqavimətə tab gətirdi və öz inkişaf prosesini davam etdirdi.”

Duqin deyib: “Bu baxımdan İran dəyərləri, mənəviyyatını və imanı necə qorumaqla bağlı digər ölkələr üçün bir modeldir. Buna görə, İran xalqını təbrik edirəm.”

O əlavə edib: “İran müxtəlif dövrlərdə öz müzakirəsini davam etdirən böyük bir sivilizasiyanın dəstəyinə malikdir və bu baxımdan o, digər ölkələrlə dialoq və qarşılıqlı əlaqədə olarkən öz şəxsiyyətini və inancını qorumaq, zorakılığa təslim olmamaq və ədaləti bütün dünyada müdafiə etmək mövzusunda digər ölkələr üçün bir modeldir.”

 

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!