15 dekabr 2025 - 16:17
Source: IRNA
Əraqçi Belarusiya Prezidenti ilə görüşüb

Bu gün, Seyyid Abbas Əraqçi Tehrana qayıtmamışdan öncə Belarusiya Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb və danışıqlar aparıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının XİN-i cənab Seyyid Əbbas Əraqçi Belarusiya Prezidenti ilə görüşüb və danışıqlar aparıb.

Dünən axşam (14 dekabr, bazar günü) Tehrandan Belarusiya paytaxtı Minskə yola düşən və bu səhər ölkəyə gələn xarici işlər naziri Seyyid Abbas Əraqçi Tehrana qayıtmamışdan öncə Belarusiya Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb və danışıqlar aparıb.

Bu görüşdən əvvəl xarici işlər naziri Minskdəki Qələbə Abidəsini ziyarət edərək və abidə önünə əklil qoyaraq İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini yad edib.

Sizin rəyiniz

You are replying to: .
captcha