Əhli-Beyt
(əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, öz səfirliyinə
qurama hücum təşkil edərək İranla əlaqələrini minimuma endirən ilham əliyev
indi də Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkindirir.
Üç gün öncə əiyevlər sülalə rejiminə səfər edən uşaq qatili sionist cühüd rejiminin qondarma prezidentinin görünən tapşırıqlarına əsasən ilham əliyevin XİN-i Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb.
XİN verdiyi gülünc bəyanatda belə deyilir:
“Cari ilin yanvar ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur.
Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.
İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9
TEL: (+98413) 333 48 03
FAKS: (+98413) 331 53 80
E-MAIL: tabriz@mission.mfa.gov.az
WEBSITE: tabriz.mfa.gov.az”
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!