28 iyul 2016 - 08:30
Qərbin müsəlman ölkələrində edam cəzasını ləğv etdirməsinin sirri - ARAŞDIRMA

İlk mükəmməl edam maşını - gilyotin orta əsrlərdə Qərbdə - Fransada yaradılıb. Edam cəzası dövrümüzdə BMT-yə üzv olan 102 ölkənin qanunvericiliyindən çıxarılıb. 7 ölkə edam cəzasını yalnız müharibə dövrü cinayətləri üçün tətbiq edir, 50 ölkənin isə qanunvericiliyində mövcud olmasına baxmayaraq, faktiki olaraq praktikada 10 ildir ki, tətbiq edilmir. 37 ölkənin isə həm qanunlarında, həm də praktikasında edam cəzası mövcuddur. Bu 37 ölkə arasında ABŞ, Yaponiya, Tayvan və Sinqapur sənaye ölkələridir. Belarus istisna olmaqla heç bir Avropa ölkəsi edam cəzasını tətbiq etmir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyədə son qanlı çevrilişə təşəbbüs olaylarından sonra yerlərdən edam cəzasının bərpa edilməsi haqda kütləvi çağırışlar səslənməyə başladı. Bu təşəbbüsün bəzi nazirlər, o cümlədən baş nazir  B.Yıldırım tərəfindən də dəstəkləndiyi söylənilir. Başda prezident R.T. Ərdoğan olmaqla Türkiyə dövləti bu barədə qeyri-rəsmi müzakirələrə başlayıb. Bunun rəqiblərinin  mümkün qədər sonuna çıxmaq üçün Ərdoğanın bilavasitə öz təşəbbüsü olduğunu iddia edənlər də var. Qərb rəsmiləri isə indidən təzyiqlərə start verib. Bu günlərdə haqqında alkoqol aludəçisi olması barədə geniş informasiyalar yayılmış Avropa Komissiyasının sədri J.K.Yunker qəti söyləyib ki, edam cəzasının bərpa ediləcəyi təqdirdə Türkiyənin AB-yə üzvlük prosesi anında dayandırılacaq. Qardaş ölkənin özündə, o cümlədən Azərbaycanda  edam cəzasının bərpasının Türkiyəni nüfuzdan salacağı haqda fikirlər səslənməkdədir. Ərdoğan isə bildirib ki, son qərarı Türkiyə xalqı və parlamenti verəcək.  Bütün hallarda ortalıqda xeyli tarixi və çağdaş gerçəkliklər var ki, onlar sual doğurur.

 

İlk mükəmməl edam maşını Avropada yaradılıb...

 

İlk mükəmməl edam maşını - gilyotin orta əsrlərdə Qərbdə - Fransada yaradılıb. Edam cəzası dövrümüzdə BMT-yə üzv olan 102 ölkənin qanunvericiliyindən çıxarılıb. 7 ölkə edam cəzasını yalnız müharibə dövrü cinayətləri üçün tətbiq edir, 50 ölkənin isə qanunvericiliyində mövcud olmasına baxmayaraq, faktiki olaraq praktikada 10 ildir ki, tətbiq edilmir. 37 ölkənin isə həm qanunlarında, həm də praktikasında edam cəzası mövcuddur. Bu 37 ölkə arasında ABŞ, Yaponiya, Tayvan və Sinqapur sənaye ölkələridir. Belarus istisna olmaqla heç bir Avropa ölkəsi edam cəzasını tətbiq etmir.

2014-cü ildə dünyada 1652 edam cəzası tətbiq edilmiş, bunların 1000-dən çoxu kommunist Çin dövləti tərəfindən həyata keçirilmişdir. 500 məhkum isə İran, İraq, Səudiyyə Ərəbistanı, Misir, Sudan, Yəmən və Şimali Koreya ərazisində edam edilmişdir.

 

Amerika əhalisinin 70 faizi ölüm hökmünü dəstəkləyir...

ABŞ-da başda Texas, Oklahoma və Corciya olmaqla 31 ştatda edam cəzası tətbiq edilir. ABŞ-da son 40 ildə 1422 nəfər edam edilib. 3000 nəfər isə edam edilmək üçün gözləyir. ABŞ-da edam cəzalarının daha az tətbiq edilməsi bəzi təbəqələrdə narazılıq doğurur. 1999-cu ildə ABŞ-da 98 nəfər edam edilərkən, 2014-cü ildə bu rəqəm 19-a düşmüşdür. Buna baxmayaraq edamı gündəmə gətirməyən valilər tənqid edilir, həbsxanalardakı ölüm kameralarından məsul olan məmurlar otaqların getdikcə daha az istifadə edilməsindən şikayət edirlər. Qəribədir ki, bu gün ABŞ-da edam cəzası xalqın hələ də 70 faizindən dəstək görür...

 

Qərb edamı ləğv etdirməklə həm də öz “adamları”nı qoruyur...

Bəs deyilənlərin  gerçək olduğu halda niyə müsəlman ölkələri, o cümlədən Türkiyədə edam hökmünün ləğvi “müasirliyin ciddi bir şərti kimi tələb edilir. Araşdırmalardan məlum olur ki, Qərbin əksər ölkələrində və xüsusən İslam dünyasında edam cəzasının  ləğvinə çalışmasının bir səbəbi həmin ölkələrdəki gizli agent və emissarlarını cəzadan qorumaqdır. Yadınızdadırsa, Türkiyədə ölüm hökmünün ləğvi üçün Avropadan təzyiqlər 30 mindən çox insanın qanına bais olmuş  “PKK” lideri Abdulla Öcalanın 1999-cu ildə həbsindən sonra gücləndi. Və 2002-2006-cı illərdə  ölkədə bu cəza tam ləğv edildi. Nəticədə Öcalanın sağ qalması bu günədək Türkiyə üçün böyük problemlər yaratmaqdadır... 

 

Britaniya Krallığının Osmanlını çökdürmək proqramında edam cəzasının ləğvi də nəzərdə tutulubmuş...

Qərbin müsəlman dünyasında ölüm hökmünün ləğvinə çalışmasının daha bir  tarixi sirri var. Bu da İslam dünyasının daim parçlamağa, çökürtməyə çalışmış Böyük Britaniya imperiyası ilə bağlıdır. Məlum olur ki, XVIII əsrin əvvəlindən Britaniya Krallığı İslamın əsas dayağı olan Osmanlı dövlətinin parçalanıb məhv edilməsi üçün 100 illik plan hazırlayıb. 1713-1730-cu illərdə icrasına başladılmış həmin planın əsas hissələrindən biri də Osmanlıda vəhhabiliyin yaradılması və yayılması olub. Bunun üçün Britaniya Krallığının  Müstəmləkələr Nazirliyi geniş kəşfiyyat, agentura əməliyyatı və təhlilləri əsasında 1000 səhifəlik ümumi rəy, məlumat və planlar kitabı, sonda isə İslamın tam məhvinə yönəlmiş ayrıca 50 səhifəlik plan tərtib edib. 1000 səhifəlik kitabda müsəlman ölkələrinin güclü və zəif cəhətləri geniş tədqiq olunur. Eyni zamanda zəif cəhətlərin gücləndirilməsi və əksinə, güclü cəhətlərin yox edilməsi üçün müvafiq göstərişlər verilir. İslam ölkələrinin zəif cəhətlərinin gücləndirilməsi ilə bağlı planın 6-cı maddəsi məhz edam cəzasıyla bağlıdır. Həmin maddədə deyilir: “Müsəlman ölkələrinin qanunlar toplusundan ölüm hökmünü çıxarmaq gərəkdir. Çünki həmin məmləkətlərdə qətl və quldurluğun cəzası kimi ölüm nəzərdə tutulur. Ölüm hökmünü ləğv etdikdən sonra isə həmin ölkələrdə anarxiya, özbaşınlaıq və quldurluqla düzgün mübarizə aparmaq mümkün olmayacaq. Odur ki, ümumiyyətlə, hökumətləri quldur və oğrulara ağır cəzalar verməkdən çəkindirmək lazımdır. Eyni zamanda quldurları mümkün qədər silahlandırmaq və bu minvalla  ticarət yollarını daim təhlükə altında saxlamaq lazımdır...”

Sözügedən planın 10-11-ci maddələrində isə İslam ölkələrində bütün vasitələrlə spirtli içkilər, qumar və əyləncəli oyunların, eləcə də sələmçiliyin, kreditin yayılması tövsiyə olunur. 100 illik proqramın bir sıra digər maddələrində Osmanlı coğrafiyasında əxlaqsızlıq, zinakarlıq, homoseksuallığın da adi həyat tərzinə çevrilməsi üçün mümkün hər şeyi etmək nəzərdə tutulur. Lakin ingilislər sonralar özləri də etiraf etdilər ki, müsəlmanlığın sonuna çıxmaq bir yüzillliyin işi deyilmiş. Müsəlman dünyasının bu günkü halından bəlli olur ki, düşmənlərin məkrli planları indi də uğurla həyata keçirilməkdə davam edir...

Əlbəttə, müasir ölkələrdə ölüm hökmünün bərpası və ya ləğvi həmin dövlətlərin gerçək xarakterik xüsusiyyətləri ilə bağlıdır. Avtoritar rejimli, polis sisteminin, ordunun və məhkəmə hakimiyyətinin yalnız bir liderdən və ya bir qrupa tabe olduğu, korrupsiyanın hökm sürdüyü ölkələrdə edam cəzasının tətbiqi neçə-neçə günahsız insanın həyatına son qoya bilər...

 

Sultan Laçın  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır