2 noyabr 2019 - 07:13
Pakistan Hindistanın Cammu və Kəşmirin iki ayrı-ayrı hissəyə bölünməsinə dair hərəkətini pisləyib

Pakistan xarici işlər nazirliyi bir bəyanatda bildirib: Hindistan tərəfindən Cammu və Kəşmir-də vəziyyətin dəyişdirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Hindistan ilə Pakistan arasındakı ikitərəfli razılaşmalara ziddir; bu üzdən, İslamabad Hindistanın bu qərarını rədd edir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəyanatda deyilir ki, Hindistanın Cammu və Kəşmiri bölmək qərarı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir və belə bir şey Kəşmir əhalisi və Pakistan tərəfindən əsla qəbulediləsi deyildir.

Muhəmməd Feysəl əlavə edib: Pakistan dünya ictimiayyətindən Hindistan tərəfindən muxtariyyət qanununun ləğvindən bəri bu ölkənin nəzarəti altında olan Kəşmirin vəziyyətini araşdırması, həmçinin Kəşmirin böyük bir həbsxanaya çevrilməsi kimi bir həqiqəti və bu bölgədə insan hüquqlarının ardıcıl şəkildə pozulmasını ifşa etməsini istəyir.

Hindistan hökuməti bundan öncə bildirmişdi ki, 30 oktyabr 2019-cu il tarixindən Cammu və Kəşmir bölgəsinin muxtariyyətinin ləğvinə dair qanunlar icra olunacaq və bu əsasda Hindistan hökuməti Cammu və Kəşmiri iki müstəqil hissəyə bölərək, hər bir prefektə qubernator təyin edəcəkdir.

Nyu-York Tayms qəzetinin saytı yazıb: Həbrçilər və yarımhərbçilərin küçələrdə iştirakı və əksər məktəblərin bağlanması ilə Hindistanın nəzarəti altında olan Kəşmirdə təhsil sistemi aylardır ki, dayanıbdır.

Hindistanın birtərəfli surətdə Kəşmirin muxtariyyətini kəsməsindən on üç həftə sonra təhsil bu böhranın ən mühüm qurbanı kimi özünü göstərir. Azı milyon yarım kəşmirli məktəbli hələ də məktəbdən kənarda vaxt keçirir.

Hazırda əksər dövlət məktəbləri və demək olar ki, bütün özəl məktəblər tətildir və bu məsələ Kəşmiri bürümüş qorxunun ən aşkar nişanələrindəndir.

Hindistan hökumətinin bu addımından və bu ölkənin Kəşmirə nəzarətinə xələl gətirmək üçün separatçı yarımhərbçilərin hücumlarının başlanmasından sonra qorxu hissi tamamilə bu bölgəyə hakim kəsilibdir.

BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Hindistanın Kəşmirdəki hərəkətlərindən və bu bölgədə söz azadlığının məhdudlaşdırılmasından dərin narahatlığını ifadə edib.

Kəşmirdə məhdudiyyətlər bu bölgənin xas imtiyazlarının Hindistan tərəfindən ləğv olunmasından sonra üçüncü aya daxil olubdur.

Kəşmirdə hələ də İnternet və mobil xidmətlər bağlıdır.

Məhdudiyyətlər Kəşmir iqtisadiyyatına ciddi təsir göstərib. Bir tərəfdən, xüsusi şirkətlərdə bir çox işçi öz iş yerini itirmək təhlükəsilə üzləşir, digər tərəfdən də bir çox mühəndislik və İT  şirkəti işçi qüvvəsinin olmaması səbəbindən bağlanmaq təhlükəsi qarşısında durubdur.

........
340