15 aprel 2017 - 19:18
Nigeriya polisi itlər vasitəsiylə şiələrə hücum etdi

Bir ildə, Nigeriya ordusunun hücümlarında 350 şiə öldürülüb.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə- Şeyx Zəkzakinin həbsinin 484-cü günü Nigeriya xalqı etiraz aksiyası keçirib.

İnsanlar Nigeriya məhkəməsinin şeyx Zəkzaki barəsində çəxardığı  qərara etiraz ediblər.

Şeyx Zekzaki, 2015 Dekabr ayında Zaria-da Şiələrə qarşı təşkil edilən qırğın zamanı nəzarətə alınaraq, həbsə məhkum edilmişdi.

Nigeriyalı şiələrin  təşkil etdiyi mitinq zamanı, polislə etirazçılar arasında qarşıdurma yaranıb.

Nigeriya rejiminə bağlı polis gücləri,  göz yaşardıcı qaz bombası istifadə edərək onlara itlərlə hücum edib.

Nigeriya rejimi gücləri, 2015-ci ildə Şeyx Zekzaki'nin evinə təşkil etdiyi hücumda, Şeyx Zekzaki ağır yaralanmış, hücumda yüzlərlə şəhidlə birlikdə Şeyx Zekzaki'nin 3 oğlu da şəhadət məqamına nail olmuşdu.



Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Tags