22 dekabr 2016 - 19:52
Almaniya prezidentinin kobudluğu, Hicablı tələbə prezidenti necə pərt etdi

Prezident Joachim Gauckun Köln yaxınlığında yerləşən Theodor Heuss məktəbinin Müsəlman və Hicablı bir qız tələbəsi ilə görüşərkən etik normalardan uzaq bir hərəkət edib. Gauckun ona tərəf əlini uzadaraq görüşmək istəyib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kansler Angela Merkelin Niqabı qadağan etmək haqda çağırışından iki həftə sonra Almaniya prezidenti Joachim Gauckun bir Hicablı tələbəni çıxılmaz vəziyyətdə qoyub.

Belə ki, prezident Joachim Gauckun Köln yaxınlığında yerləşən Theodor Heuss məktəbinin ziyarətinə gedib. Burada o Müsəlman və Hicablı bir qız tələbəsi ilə görüşərkən etik normalardan uzaq bir hərəkət edib. Prezident Joachim Gauckun ona tərəf əlini uzadaraq görüşmək istəyib. Lakin tələbə qız nəzakətlə əlini sinəsinə qoyub başını tərpətməklə prezidenti salamlayıb.

Atdığı addımdan pərt olmuş Gauck əlini geri çəkərək növbəti tələbəyə yaxınlaşıb.

Qeyd edək ki, sözügedən məktəb miqrant uşaqlara alman dilini öyrədir və onların cəmiyyətlə “inteqrasiyasına” yardım etməyə çalışır. Prezidentin ziyarətinin məqsədi də məktəbin bu fəaliyyətini vurğulamaq idi.

Xatırladaq ki, hadisə kansler Angela Merkelin Nİqabı yasaqlamaqla bağlı çağırışından iki həftə sonraya təsadüf edir. Xristian-Demokrat İttifaqının (CDU) üzvləri kanslerin burka və niqabı "mümkün olduqca" qadağan etmək barədə çağırışını gurultulu alqışlarla qarşılayıblar. Kansler deyib: “Bizim qaydamız belədir: Üzünüzü göstərin. O səbəbdən, hər yeri örtən geyim qəbulolunmazdır və qadağan edilməlidir”.

CDU məhkəmə və məktəblərdə, universitet və nəqliyyatda, polis yoxlamaları zamanı bütün bədəni örtən geyimi qadağan etmək niyyətindədir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags