24 noyabr 2016 - 10:30
Ümümdünya Əhli Beyt (ə) Assambleyası bəyanat verdi: Kabulda törədilən terror aktını məhkum edirik!

Ümümdünya Əhli Beyt (ə) Assambleyası terror aktı ilə əlaqədar bəyanat yayımlayaraq qeyd olunan cinayət aktını məhkum etməklə yanaşı Əfqanıstan dövlətindən və bu ölkənin adiyatlı orqanlardan hadisə ilə daha ciddi maraqlanmalarını, qeyri-bəşəri cinayəti törədənlərin əsas səbəbkarlarını taparaq layiqli cəzalarına çatdırılmalarını istəyib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əfqanıstanın paytaxtı Kabul şəhərində yerləşən Baqirul Ulum Məscidində Şiələrin İmam Hüseyn (əleyhi səlam) və Onun səhabələrinə həsr edilmiş Ərbəin mərasimi zamanı təkfirçi sələfilər tərəfindən törədilən terror aktı zamanı onlarla günahsız Şiə şəhid olmuş və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır.

Ümümdünya Əhli Beyt (ə) Assambleyası bu münasibətlə bəyanat yayımlayaraq qeyd olunan terror aktını məhkum etməklə yanaşı Əfqanıstan dövlətindən və bu ölkənin adiyatlı orqanlardan hadisə ilə daha ciddi maraqlanmalarını, qeyri-bəşəri cinayəti törədənlərin əsas səbəbkarlarını taparaq layiqli cəzalarına çatdırılmalarını istəyib.

Bəyanatın bir hissəsində belə deyilib: “Şübhəsiz bu ölkədə yaşayan Sünni və Şiə qardaşlar həmişə olduğu kimi bundan sonra da, daha ciddiyyətlə İslami qardaşlıq prinsiblərinin möhkəmlənməsinə səy göstərəcəklər...”

Xatırladaq ki, cari ilin Noyabr ayının 20-si Ərbəin günü Kabul şəhərində yerləşən və Şiə məzhəbinin ardıcılları tərəfindən idarə olunan Baqirul Ulum Məscdində keçirilən Ərbəin mərasimi zamanı təkfirçi sələfi ünsürü Məscidə daxil olaraq özünü partlatmış və onlarla günahsız Şiənin Şəhid olmasına və yaralanmasına səbəb olmuşdur.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags