14 noyabr 2016 - 20:07
Sionist rejimin göstərişilə Nigeriya rejimi bir daha Ərbəin əzadarlarına atəş açdı, Şəhid olan var - Foto

Nigeriyada Ərbəin yürüşləri zamanı 10 Şiə şəhid olub, bir çox insan isə yaralanıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sionist rejim, ABŞ və Səudiyyə rejimindən bir başa göstəriş alan Nigeriya anti-Şiə rejimi ölkədə yaşayan minlərlə Şiənin Ərbəin yürüşlərinə hazırlıq apardıqları zaman günahsız və əli silahsız Əhli Beyt (əleyhumus səlam) Məktəbinin ardıcıllarına odlu silahlardan atəş açıb.

Məlumatımıza görə, açılan atəş nəticəsində 10 günahsız Şiə şəhid olaraq İmamları həzrət Hüseyn ibn Əlinin (əleyhiməs səlam) Eşq Qafiləsinə qovuşublar.

Hal şahidlərindən biri bildirib ki, ordu tədbirlərin keçiriləcəyi məkana gedən yolu kəsib. Kanodaya toplaşmağa gedən qadın və uşaqların da içində olduğu insan dəstəsinə ordu qüvvələri zalımcasına atəş açaraq, göz yaşardıcı qazlardan istifadə ediblər. Hal şahidi daha sonra əlavə edib ki, yerdə cansız halda yatan 15 nəfərin cəsədin görüb.

Xatırladaq ki, Nigeriya İslami Hərəkatı  keçən ilki hadisələr zamanı böyük itkilər vermişdi. Yüzlərlə insan şəhid olmuş və Şeyx Zək-Zaki həbs edilmişdi. Keçən həftə hərəkatın sözcüləri Nigeriya ordusunun noyabrın 20-si baş tutacaq Ərbəin yürüşlərinə hücum edəcəyi informasiyasını aldıqlarını bildirmişdilər. Bundan əlavə Londondan İnsan Hüquqları üzrə Komissiya da Nigeriya prezidenti Məhəmməd Buharinin bu prosseslərə müdaxilə etməməyə çağırmışdı.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags