28 yanvar 2015 - 17:59
BMT fələstinlilərə yardım göstərməkdən boyun qaçırtdı, Fələstinlilər də BMT-nin ofisinə hücum etdilər - Foto

Qeyd edək ki, bu gün baş verən hadisənin əsas səbəbi ötən gün 27 Yanvar 2015 tarixdə BMT-nin UNRWA Qaçqınlarla Bağlı Şobəsi cühüd işğalçılarının ötən ilin yayında 51 gün ərzində Qəzzə Zolağındakı yaşayış məntəqələrinə havadan endirdiyi zərbələr nəticəsində dağıdılmış binaların bərpası ilə bağlı verdiyi bəyanat olub. Belə ki, bəyanatda bildirilib ki, yəhudilərin Qəzzə Zolağında dağıtdıqları yaşayış mənzillərinin bərpası və təmiri üçün hazır olan ölkələr verdikləri vədələrdən boyun qaçırdıblar. Elə buna görə də, BMT Qəzzə Zolağındakı on minlərlə evlərin bərpası və yaxud yenidən təmir olmasına yardım göstərmək iqtidarında deyildir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Birləşmiş Millətlər Təşkilatı maliyyə problemlərini bəhanə gətirərək yəhudi azğınları tərəfindən dağıdılmış fələstinlilərin evlərinin təmiri üçün həyata keçirəcəyi layihədən boyun qaçırdıb.

Bunun ardınca Birləşmiş Millətlər Təşkilatının Fələstin Xalqına qarşı yürütdüyü ikili standartlardan boğaza yığılmış məzlum xalq kütləsi bu gün 28 Yanvar 2015 tarixdə BMT-nin Qəzzə Zolağındakı ofisinə yürüş ediblər.

200 nəfərdən artıq olan etirazçılar BMT-nin UNRWA adlı Qaçqınlarla Bağlı Şöbəsinin ofisi qarşısında toplaşaraq “Biz Hələ də Evsizik” şüarlarını səsləndiriblər.

Qəzəbli aksiya iştirakçılarından bir qrupu binanın daxilinə girməyə cəhd göstərsə də lakin Həmas polis qüvvələri aksiya iştirakçılarını önün kəsərək ərazidən uzaqlaşdıra biliblər.

Qeyd edək ki, bu gün baş verən hadisənin əsas səbəbi ötən gün 27 Yanvar 2015 tarixdə BMT-nin UNRWA Qaçqınlarla Bağlı Şobəsi cühüd işğalçılarının ötən ilin yayında 51 gün ərzində Qəzzə Zolağındakı yaşayış məntəqələrinə havadan endirdiyi zərbələr nəticəsində dağıdılmış binaların bərpası ilə bağlı verdiyi bəyanat olub. Belə ki, bəyanatda bildirilib ki, yəhudilərin Qəzzə Zolağında dağıtdıqları yaşayış mənzillərinin bərpası və təmiri üçün hazır olan ölkələr verdikləri vədələrdən boyun qaçırdıblar. Elə buna görə də, BMT Qəzzə Zolağındakı on minlərlə evlərin bərpası və yaxud yenidən təmir olmasına yardım göstərmək iqtidarında deyildir.

Xatırladaq ki, yəhudilərin 51 günlük müharibəsindən sonra 100 min Qəzzə sakini indiyə kimin evsiz qalıb və qışın bu soyuq çağlarında hələ də, xarabalıqlarda yaşamaqda davam edirlər.

Mütəxəssislərin verdikləri proqnozda bildirilir ki, yəhudilər əgər Qəzzə Zolağının mühasirəsini açsalar da belə yenə Fələstin xalqının dağıdılmış evlərinin inşa və təmir işləri bir neçə uzun illər çəkəcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags