Seyyid Həsən Nəsrullah daha sonra deyib: ''İsrail Fələstində torpaqları və müqəddəsləri işğal etməklə yanaşı, İordan Çayının Qərb sahillərində 3 yəhudi şəhərciyi salması bəhanəsiylə ürəyi istədiyi hər şeyi etdi və Qəzzədə 52 gün davam edən dağıdıcı bir müharibə başlatdı. Orada ən vəhşi və görünməz cinayətləri işlədi. Qəzzanı mühasirədə saxlayır, müqəddəsata hücum edir, Məscidi Əqsanı ciddi bir şəkildə təhdid edir, minlərlə fələstinlini çox çətin şərait altında zindanlarda həbs edir. Suriyadakı döyüşü açıqca qızışdırır, təkfirçi terrorist qrupları Suriyanı və Suriya Ordusunu yox etmələri üçün dəstəkləyir. Hər kəsin gözü qarşısında Suriya torpaqlarını, Suriya hərbi bazalarını bombalayır. Müxtəlif bəhanələrlə Suriya torpaqlarını havadan bombardman edir. Livanda Şəba Fermalarını işğalı altında tutmaqla razı qalmır. Aya görəsən israil bəzi livanlıların müqəddəs saydığı 1701 saylı qərarı tanımırmı?''.
Qeyd edək ki, bu gün baş verən hadisənin əsas səbəbi ötən gün 27 Yanvar 2015 tarixdə BMT-nin UNRWA Qaçqınlarla Bağlı Şobəsi cühüd işğalçılarının ötən ilin yayında 51 gün ərzində Qəzzə Zolağındakı yaşayış məntəqələrinə havadan endirdiyi zərbələr nəticəsində dağıdılmış binaların bərpası ilə bağlı verdiyi bəyanat olub. Belə ki, bəyanatda bildirilib ki, yəhudilərin Qəzzə Zolağında dağıtdıqları yaşayış mənzillərinin bərpası və təmiri üçün hazır olan ölkələr verdikləri vədələrdən boyun qaçırdıblar. Elə buna görə də, BMT Qəzzə Zolağındakı on minlərlə evlərin bərpası və yaxud yenidən təmir olmasına yardım göstərmək iqtidarında deyildir.
Sepahın Qüds Ordusunun 2-ci komandiri General İsmayıl Qaani mərhum General Allahdadi-nin dəfn mərasimində çıxış edərək bildirib: “İsrail, özləri üçün dünyanın ən etibarsız bölgəsini işğal etmişdir... İslamın qorxmaz gözətçiləri sionistlərin işinə necə baxacaqlarını çox yaxşı bilir. İndiyə qədər olduğu kimi, bundan sonra da, əsgərlərimiz və Hizbullah üzvləri, İsrailin qorxulu yuxusu olmağa davam edəcək”.
İşğalçı rejim televiziyası, İran İslam Respublikasının keçirtdiyi son hərbi manevrinin mesajını açıqlayaraq deyib: “Tehran nüvə məsələsində müzakirəyə hazır olduğunu, ancaq bir döyüşün meydana çıxdığı halda düşmənə ən ağır zərbəni endirməyə hazır olduğunu elan edir”.