Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ, Qərb və Rusiyadan gətizdirilərək Fələstin torpaqlarını işğal etmiş İsrail cühüd rejimininSuriyanın Covalan Yüksəklikləri ərazisində təşkil etdiyi hava hücumu nəticəsində Şəhid olan İran İslam Respublikasının Generalı mərhum Allahdadi-nin dəfn mərasimində çıxış edən Sepahın Qüds Ordusunun 2-ci komandiri General İsmayıl Qaani, sionistlərin yer üzündə ən şəxsiyyətsiz, ən alçaq və ən qorxaq insanlar olduğunu söyləyib.
İran İslam Respublikasının Generalı, çıxışında işğalçı və qeyrileqal İsrail rejiminə qarşı təhdidamiz cümlələr istifadə edərək bunları söyləyib:
"İsrail, özləri üçün dünyanın ən etibarsız bölgəsini işğal etmişdir. Çünki İsrailin əlində tutduğu Suriya torpaqları, General Allahdadi kimi cəsur insanların sayəsində İsrail üçün qəbristianlığa çevriləcək”.
General İsmayıl Qaani daha sonra sözünə davam edərək belə bildirib: “İslamın qorxmaz gözətçiləri sionistlərin işinə necə baxacaqlarını çox yaxşı bilir. İndiyə qədər olduğu kimi, bundan sonra da, əsgərlərimiz və Hizbullah üzvləri, İsrailin qorxulu yuxusu olmağa davam edəcək".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır