Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fələstin torpaqlarını işğal etmiş qanunsuz İsrail rejimin “Kanal 10” televiziyası, İran İslam Respublikasının yeni ixtira etdiyi "kamikaze" pilotsuz təyyarələrinin xəbərini yayımlayıb.
Sionist rejim televiziyası bu haqda hazırladığı reportajda bildirib: “Quru, hava və dəniz hədəflərinə hücumda istifadə edilə biləcək bu təyyarələr Məhəmməd Rəsulullah (s.ə.v.a.s) manevrində test edildilib”.
İran İslam Respublikasının ixtira etdiyi bu yeni təyyarəsi Qərbi əsla təəccübləndirməyəcəyini bildirən kanal 10 deyib: “Qərb İranlıların bu cür naliyyətlər əldə etməsinə artıq adət etmişdir”.
İşğalçı rejim televiziyası, İran İslam Respublikasının keçirtdiyi son hərbi manevrinin mesajını açıqlayaraq deyib: “Tehran nüvə məsələsində müzakirəyə hazır olduğunu, ancaq bir döyüşün meydana çıxdığı halda düşmənə ən ağır zərbəni endirməyə hazır olduğunu elan edir”.
Qeyd edək ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin təşkil etdiyi Məhəmməd Rəsulullah (səlləllahu əleyhi və alih) adlı böyük hərbi manevri, bir həftə davam edərək dünən sonra çatıb. Manevrdə, kamikaze-intiharçı pilotsuz təyyarələri başda olmaqla Allah Ordusunun hazırladığı ən yeni hərbi və müdafiə sistemli vasitələri və nailiyyətləri, nümayiş etdirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır