Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər İmam Xomeyni (r.ə.) hüseyniyyəsində təşkil edilmiş nano-texnologiyası sərgisinə baxış keçirərək, ölkənin gənc alimləri və mütəxəssislərinin “nano və bio-texnologiya” sahəsindəki elmi nailiyyətləri və səyləri ilə yaxından tanış olub.
İşğalçı rejim televiziyası, İran İslam Respublikasının keçirtdiyi son hərbi manevrinin mesajını açıqlayaraq deyib: “Tehran nüvə məsələsində müzakirəyə hazır olduğunu, ancaq bir döyüşün meydana çıxdığı halda düşmənə ən ağır zərbəni endirməyə hazır olduğunu elan edir”.
İran İslam İnqilabının qələbəsindən iki ildən az bir müddətdən sonra 1980-ci il sentyabrın 22-də İraqın keçmiş diktatoru Səddamın rejimi hegemonçu qüdrətlərin dəstəyi ilə İslami İrana qarşı hərtərəfli hücumlara başladı.