Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əfqanıstanda keçirilən prezident seçkilərinin ikinci mərhələsində prezidentliyə namizəd olan Əşrəf Ğəni Əhmədzəy və Əbdullah Əbdullah, bu gün, 21 sentyabr, 2014 tarixdə rəsmi sürətdə Milli Vəhdət Dövlətinin təşkil olunması üzrə anlaşmanı media qarşısında imzalayıblar.
Kabulda keçirilən rəsmi mərasimdə, 14 iyun, 2014-də keçirilən prezident seçkilərinin ikinci dövrünün nəticəsi uzun sürən qalmaqalardan sonra bəlli oldu. Sazişə uyğun olaraq, prezidentlik postu rəsmən Əşrəf Ğəni Əhmədzəyə verildi.
Həmid Kərzəy dövlətinin sözçüsü bu haqqda belə bildirib: “Əşrəf Ğəni, üzümüzə gələn həftə andiçmə mərasimində iştirak etdikdən sonra prezidentlik postu rəsmi olaraq onun kabinasına təhvl veriləcək.”
O, daha sonra deyib: “Yeni dövlətin gördüyü ilkin işlərdən biri də, ABŞ ilə təhlükəsizlik haqqda sazişin imzalanmasıdır ki, bu sazişə uyğun olaraq, 2014 –cü ildən sonra xarici dövlət hərbiçilərinin kiçik bir qrupu Əfqanıstanda saxlanılacaq”.





Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır