Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Banqladeş mərkəzi rejiminin İslam və Müsəlmanlara qarşı apardığı antiİslam siyasətlər davam edir. Rejim məmurları ölkədəki İslami Təşkilatların aktivistlərini edam edib, əbədi həbs cəzasına məhkum etməklə yanaşı bir daha İslama qarşı mövqe sərgilədiklərini nümayiş etdiriblər.
Aldığımız məlumata görə, rejimin antiİslam siyasətlərinin növbəti qurbanı İslami Camaat Partiyasının Lideri Dilavər Huseyn Seyyid olub.
2013-cü ildə İslam Camaatı Partiyasının sabiq Lideri “Əbdül Qadir Molla”nın rejim tərəfindən edam olunmasından sonra, Partiyanın növbəti Lideri kimi tanınan Dilavər Huseyn Seyyid, mövcud rejimin Ali Məhkəməsi tərəfindən ona qarşı irəli sürülən qondarma ittihamlara əsasən əbədi həbs cəzasına məhkum edilib.
Məhkəmənin ədalətsiz hökmündən sonra, ölkənin müxtəlif bölgə və məntəqələrində etiraz aksiyaları təşkil olunub. Vətəndaş toplumları Dilavə Huseyn Seyyidə qarşı çıxarılmış hökmə etiraz əlaməti olaraq, iki gün ardıcıl ölkə böyu mitinqlər təşkil ediblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır