Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fələstin torpaqlarını işğal etmiş sionist rejimin hərbi qərargahının birgə rəhbəri, ehtiyat qüvvələrindən hərbi hazırlığa hazır olmaq üçün qarnizonlara müraciət etmıəklərini tələb edib.
Lakin ehtiyyat qüvvələrindən 43 nfəri sionist rejim qüvvələrinin Fələstinlilərin silahsız mülki vətəndaşlarına qarşı döyüşdüklərinə etiraz edərək hərbi xidmətdən boyun qaçırıblar.
Qeyd olunan 43 hərbiçi açıq bəyanatla Fələstin torpaqlarının işğal olunmuş ərazilərindəki medialarda bildiriblər: “İsrail rejiminin hərbi qüvvələrindəki suiqəsd hadisələrinin pik həddə gəlib çatması və habelə hərbiçilərimizin silahsız və adi Fələstin vətəndaşlarına qarşı silah qaldıraraq vuruşmaları, bizdə İsrail hərbi qüvvələrində xidmət göstərməkə qarşı utanc hissi yaradıb”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır