Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Çin komunist rejimi, ölkənin Uyqurustan bölgəsində apardığı anti-İslam siyasətlərinə davam etdirərək bildirib: “Türküstan məntəqəsindəki bütün Quran və Əhkam dərslərini keçən özəl dərslik ocaqları bağlanmalıdır”.
Dövlət rəsmiləri, adı çəkilən bölgədə 26 özəl Quran məktəbi aşkarlayaraq, 35 Quran müəllimini həbs edib.
Çin polis məmuru bu hqqda açıqlama verərək bildirib: “Qeyd olunan yerlərdə qanunsuz olaraq Dini Təlimlər keçirilirdi və biz 190 Çin uşağını onların ziyanverici təlimlrindən qoruya bildik (!)”
Xatırladaq ki, Çin dövləti bir neçə ildir ki, ölkədə radikal və separatçı qüvvələrə qarşı mübarizə adı ilə, xeyli sayda anti-İslam hərəkətlərə yol vermişdir ki, buna misal olaraq, ötən il Çində Mübarək Ramazan ayında oruc tutmaqlığın qadağan edilməsi və həmçinin oruc tutan hər bir kəs barəsində cinayət işinin açılması hökmünün verilməsini göstərmək olar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır