31 avqust 2014 - 07:17
Qəzzə balıqçılarının bərəkətli balıq ovu + Foto

Qəzzə Zolağındakı Fələstinli balıqçılardan biri olan Əhməd əl-Hissi verdiyi açıqlamasında xoşbəxt olduğunu bildirib. O, bu haqqda danışaraq deyib: “Qəzzə Zolağının mühasirədən azad olması, sərhəd keçid məntəqələrinin tam sürətdə açılması, bizə xoş təsürat bağışlayır. Bizim öz Dəniz və Hava Limanımız olacaq. Bundan gözəl nə yaxşı ola bilər ki?..”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qəzzə xalqının qanunsuz sionist rejiminə qələbə çalmasından sonra yəhudilərin uzun müddətli sülh müqaviləsinin qəbul edilməsi ilə yanaşı, Qəzzə sektorunun balıqçılları balıq tutmaq üçün icazə verilmiş zonanın daha da genişləndiriləcəyinə ümidvardırlar.

Əldə olunan razılaşmaya görə, Qəzzə Zolağı sahillərində ilkin olaraq 6 maila (11 km 112 m) kimi sahədə balıq tutmağa icazə verilir, sonra isə bu sahənin 12 maila (22 km 224 m) kimi genişləndirilməsi nəzərdə tutulub. Lakin bundan öncə isə Fələstinlilərə yalnız 3 maila (5 km 556 m) kimi balıq tutmağa icazə verilirdi. O da ki, əksər hallarda qanunsuz israil rejiminin hərbi qayıqlrı tərəfindən bu işə maneəçilik törədilirdi.

Qəzzə Zolağındakı Fələstinli balıqçılardan biri olan Əhməd əl-Hissi verdiyi açıqlamasında xoşbəxt olduğunu bildirib. O, bu haqqda danışaraq deyib: “Qəzzə Zolağının mühasirədən azad olması, sərhəd keçid məntəqələrinin tam sürətdə açılması, bizə xoş təsürat bağışlayır. Bizim öz Dəniz və Hava Limanımız olacaq. Bundan gözəl nə yaxşı ola bilər ki?..”

Hazırda Qəzzə Sektorunda 3600 Fələstinli ailə balıqçılıqla məşğuldur. Birləşmiş Millətlər Təşkilatının nəznindəki “FAO” - Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı isə bildirir ki, qeyd olunan balıqçıların yarısının əldə etdikləri gəlir yalnız balıqçılıqla əldə edilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags