8 may 2014 - 20:53
İranlı erməni xanım həzrəti Əbdül Əzim Həsənini (ə) hərəmində İslamı qəbul edərək Şiə oldu

Xanım Cahani Rəcəb ayı daxil olan günü Şah Əbdül Əzim Həsəni həzrətlərinin pak hərəmində yerləşən Elmi Hövzədə Kəliməyi Şəhaəti dilinə gətirərək Şiə məzhəbini qəbul edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Paytaxtı Tehranda yaşayan əslən erməni olan xaçpərəst xanımlardan bir nəfəri Şah Əbdül Əzim Həsəni həzrətlərinin pak hərəmində Müqəddəs İslam Dinini qəbul edərək rəsmən Şiə məzhəbini qəbul edib.

Xanım Cahani Rəcəb ayı daxil olan günü Şah Əbdül Əzim Həsəni həzrətlərinin pak hərəmində yerləşən Elmi Hövzəyə gələrək Uca Allahın vəhdaniyyətinə, Allahın (cəllə cəlaluh) Rəsulunun (səlləllahu əleyhi və alih) risalətinə, Əmirəl Möminin və onun 11 Məsum övladlarının (əleyhim səlam) vilayət və İmamlıqlarına şəhadət verərək rəsmən Şiə məzhəbini qəbul edib.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags