16 aprel 2014 - 01:49
Azərbaycan və İran tibb sahəsində əməkdaşlıq sazişi imzalayacaqlar

İran və Azərbaycan arasında tibb sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandum imzalanacaq

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran və Azərbaycan arasında tibb sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandum imzalanacaq. Bunu İran səhiyyə nazirinin xüsusi nümayəndəsi və Təbriz Tibb Universitetinin rektoru doktor Məhəmmədhüseyn Somi Trend-ə deyib

Rektorun sözlərinə görə, İranda dərman xərcləri digər qonşu ölkələrlə müqayisədə aşağıdır. Azərbaycan vətəndaşları Şərqi Azərbaycan əyalətinə gəlir və orada müalicə olunurlar.

O, əlavə edib ki, Bakıda keçiriləcək görüşlərdə Təbrizə müalicə üçün müraciət etmiş xəstələrə xidmət göstərilməsi qaydaları və onların rifahının təmini ilə bağlı görüləcək işlər də müzakirə olunacaq

Qeyd edək ki, İran səhiyyə nazirinin xüsusi nümayəndəsi və Təbriz Tibb Universitetinin rektoru doktor M.Sominin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya üçgünlük səfəri bu gün başlayıb. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Səhiyyə və Təhsil nazirliklərində görüşlər keçirəcək və Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovla görüşəcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Faktxeber.com

Tags