15 aprel 2014 - 10:52
İİR və Azərbaycan Respublikası müdafiə nazirləri arasında görüş keçirilib + Foto

Qeyd edək ki, Z.Həsənov aprelin 15-də İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ilə görüşəcək. Eyni zamanda Azərbaycanın müdafiə nazirinin İran İslam Respublikasının siyasi rəhbərliyi ilə görüşlərinin keçirilməsi planlaşdırılır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqanın dəvəti ilə Tehrana rəsmi işgüzar səfər edən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda iranlı həmkarı Hüseyn Dehqanla görüşüb.

Apa-nın İRNA agentliyinə istinadla verdiyi məlumata görə, Z.Həsənovun şərəfinə rəsmi qəbul mərasimi keçirilib. Z. Həsənəov İraq-İran müharibəsində şəhid düşənlərin məzarını ziyarət etdikdən sonra İran İslam Respublikasının Müdafiə Nazirliyində Azərbaycan və İran İslam Respublikası müdafiə nazirləri arasında danışıqların ilk mərhələsi keçirilib. Görüşdə ikitərəfli hərbi əməkdaşlıq, eləcə də siyasi, hərbi və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub.

İran İslam Respublikasının müdafiə naziri hər iki ölkənin sərhədlərini dostluq və qardaşlıq sərhədləri adlandırıb, regiondakı terrorizm və radikalizmdən danışıb.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags