12 aprel 2014 - 06:05
Netanyahonun ailəsinin rüsvayçılığı bir daha sensasiyaya səbəb oldu

Qeyd edək ki, Benyamin Netanyahonun xanımı kobud rəftarlı bir qadın kimi tanınır. 2013-cü ilin 19 mart ayında da Sara Netanyahonun şəxsi cangüdənlərindən biri də Saranın kobud xasiyyətindən irəli gələn təhqiramiz rəftarlarından məhkəməyə şikayətlənmişdir. Habelə sionist rejimində çap olunan qazetlər də öz növbəsində Saranın kobud rəftarlarını daim işıqlandırırlar. Saranın kobud adam olması artıq heç kimə gizli deyil.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fələstin torpaqlarını işğal etmiş sionist israil rejimin baş naziri Benyamin Netanyahonun evinin sabiq qulluqçusu Jil İlyaho məhkəməyə şikayət edib.

O, Netanyahonun arvadı Saranın onunla çox pis davrandığını və şəxsiyyətinin alçaldığını bildirib.

Netanyahonun ofisi isə, bir daha xəbəri təkzib edib və belə bir hadisənin baş vermədiyini və bunun baş nazirə qarşı növbəti “qara piar” olduğunu bildirib.

İşğalçı rejimin televiziyası isə xəbər haqda açıqlama verərək bildirib: “Netanyahonun evində işləyən sabiq qulluqçu baş nazirin xanımını məhkəməyə vermək niyyətindədir.”

Sabiq qulluqçi Jil İlyaho verdiyi açıqlamada bildirib: “Netanyahonun xanımı mənimlə olduqca pis və təhqiramiz rəftarlar edib.”

İki il öncə işindən uzaqlaşan xadimə daha sonra deyib: “Netanyahonun evində xidmət göstərən qulluqçular daim qorxu içində yaşayırlar... Mən şəxsiyyətimin alçaldığı üçün bu ailədən 500 min vahid İsrail pulu tələb edirəm.”

Qeyd edək ki, Benyamin Netanyahonun xanımı kobud rəftarlı bir qadın kimi tanınır. 2013-cü ilin 19 mart ayında da Sara Netanyahonun şəxsi cangüdənlərindən biri də Saranın kobud xasiyyətindən irəli gələn təhqiramiz rəftarlarından məhkəməyə şikayətlənmişdir. Habelə sionist rejimində çap olunan qazetlər də öz növbəsində Saranın kobud rəftarlarını daim işıqlandırırlar. Saranın kobud adam olması artıq heç kimə gizli deyil.

Xatırladaq ki, 2010-cu ildə də, Netanyaho ailəsinin qulluqçularından olan qadın xidmətçisi, Saranın təhqiramiz rəftarlarına dözə bilməyərək məhkəməyə şikayət etmişdir.

ABNA- Xəbər Agentliyi

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags