10 aprel 2014 - 12:43
Hüseyn Dehqan Zakir Həsənovu İran İslam Respublikasına dəvət etdi

14-15 apreldə gerçəkləşəcək səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müdafiə naziri Zakir Həsənov İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqanın dəvəti ilə İran İslam Respublikasına rəsmi səfər edəcək.

14-15 apreldə gerçəkləşəcək səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

 

Müdafiə Nazirliyinin mətbuat xidməti

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags