Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Məsuməyi Qum şəhərində, əl-Mustəfa (səlləllahu əleyhi və alih) adına Ali Dini Akademiyasında təhsil alan Azərbaycan Respublikasının tələbələri, əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) cigər parəsi, iki dünyanın həyası, xanımlar xanımı, həzrəti Fatiməyi Zəhranın (səlamullahi əleyha) ürək yandıran Şəhadət günü münasibəti ilə, əza məclisi təşkil ediblər.
Aldığımız məlumata görə, “Muhəmmədin Maarifi İşığında” Elmi İcmasının təşkilatçılığı ilə qeyd olunan mərasim, həzrəti Fatiməyi Məsumənin (səlamullahi əleyha) pak hərəmində keçirilib.
Kərbəlai Elvinin ifasında Qurani Kərimin tilavəti ilə başlanan mərasimdə Höccətül İslam vəl Müslimin Seyyid Fəttahi cənabları çıxış edib.
Daha sonra, Əhli Beyt (əleyhimus səlam) Məddahı, Kərbəlai Seyyid Əliyar, rozə və mərsiyyələri ilə məclisi zinətləndirmişdir.
Sonda bütün dünya Müsəlmanlarına, məzlumlara, Ali Təqlid Mərcələrinə, İslam Dininin zəhmətkeşlərinə dualar edilmiş və Allah Təaladan Xanım Zəhraya (səlamullahi əleyha) xatir günahsız yerə zindanlarda yatan bütün insanların başıucalıqla azadlığa çıxmalarını, düşmən tapdaqı altında olan torpaqlarımızın tezliklə geriyə, şanlı Vətənimizə qaytarılmasını istəyiblər.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır