Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Efiopiyanın paytaxtı Əddis Əbəbədəki Mədəniyyət Mərkəzinin həkralığı ilə “Əsri Zuhur” Müəssisəsi İslami Etiqad sahəsində 9 ədəd kitabı Amhari dilinə tərcümə və çap edib.
Tərcümə olunan kitablar aşağıdakılardan ibarətdir:
“Namazın Təlimi”, “Əhli Beyt (əleyhimus səlam) haqda sual cavab”, “Əhli Beytə (əleyhimus səlam) doğru hidayət oldum”, “İmamiyyə (12 İmam) əqidələri”, “Qədir Xumda nə baş verdi?”, “İslam nədir?”, “Qısa İslam təlimləri” və “Aşura günü”.
Qeyd olunan kitablar İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin həmkralığı ilə “Əsri Zuhur” Müəssisəsi tərəfindən Mərkəzi Efiopiyanın şimalında yaşayan, Sami mənşəli dillər ilə danışan, qədim Amhar xalqının dilinə tərcümə və çap edilib.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır