6 avqust 2026 - 22:31
Source: IRNA
Bəqayi: Qətər və Pakistana səfər planımız yoxdur / İran və Omanın birgə bəyanatı hazırlanma mərhələsindədir

İsmayıl Bəqayi İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqların son vəziyyəti barədə açıqlama verərək bildirib: Tərəflərin nəzərdə tutduğu marşrutun coğrafi koordinatları üzrə qarşılıqlı anlaşma əldə olunub. Əgər bəzi üçüncü tərəflər bu prosesə maneçilik törətməsələr, iki ölkənin razılaşdırdığı əsas məqam və mülahizələri özündə əks etdirən birgə bəyanat da hazırda baxılma və yekun hazırlanma mərhələsindədir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərin İran–Oman danışıqları ilə bağlı bəzi regional və Qərb KİV-lərində yayılan xəbərlərə dair sualını cavablandırarkən deyib: İran və Oman arasında, Hörmüz boğazının iki sahilyanı dövləti kimi, bu boğazda kommersiya gəmilərinin təhlükəsiz hərəkət marşrutunun müəyyənləşdirilməsi məqsədilə son iki ay ərzində danışıqlar aparılır. Bu məsələnin müxtəlif texniki, hüquqi, təhlükəsizlik və ekoloji aspektləri ölkəmizin aidiyyəti qurumlarında araşdırılıb.

Xarici İşlər Nazirliyinin sözçüsü iki ölkə arasında aparılan danışıqların gedişini “peşəkar” və “irəliyə doğru” kimi qiymətləndirərək vurğulayıb: Tərəflərin nəzərdə tutduğu marşrutun coğrafi koordinatları üzrə qarşılıqlı anlaşma əldə olunub. Əgər bəzi üçüncü tərəflər bu prosesə maneçilik törətməsələr, iki ölkənin razılaşdırdığı əsas məqam və mülahizələri özündə əks etdirən birgə bəyanat da hazırda baxılma və yekun hazırlanma mərhələsindədir.

Bəqayi İran–Oman arasında əldə olunmuş anlaşmanın Hörmüz boğazında təhlükəsizlik və kommersiya gəmiçiliyinin vəziyyətinə təsiri barədə bildirib: Hörmüz boğazının bağlanması ABŞ və sionist rejimin İrana qarşı hərbi təcavüzü və bunun bütün region üçün yaratdığı təhlükəsizlik nəticələrinin məhsulu idi. Təbii olaraq, İran və Oman arasında əldə olunan anlaşma öz-özlüyündə boğazın tranzit gəmiləri üçün təhlükəsiz olması anlamına gələ bilməz. Çünki Hörmüz boğazında təhlükə yaradan amillər, o cümlədən ABŞ tərəfindən tətbiq edilən dəniz mühasirəsi və İrana, eləcə də onun maraqlarına qarşı həyata keçirilən digər təcavüzkar və hədələyici addımlar hələ də qalmaqdadır.

Sizin rəyiniz

You are replying to: .
captcha