6 avqust 2026 - 22:11
Source: IRNA
SEPAH: HƏMAS-ın tərki-silah planı strateji məğlubiyyətlə üzləşəcək

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsmayıl Həniyənin şəhadətinin ikinci ildönümü münasibətilə yaydığı bəyanatda HƏMAS-ın silahsızlaşdırılması planının iflasa uğrayacağını vurğulayaraq bildirib ki, antisionist diskurs dünyada hakim diskursa çevrilib və Fələstin xalqının yekun qələbəsi düşmənlərin təsəvvür etdiyindən daha yaxındır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HƏMAS hərəkatının keçmiş Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhadətinin ikinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirib: HƏMAS-ın silahsızlaşdırılması planı heç bir nəticə verməyəcək və indidən strateji məğlubiyyətlə üzləşib.

Bəyanatda deyilir: Bu gün antisionist diskurs dünyada hakim diskursa çevrilib və Fələstin müqaviməti öz yolunu güclə davam etdirir.

SEPAH İsmayıl Həniyənin Tehran şəhərində, İran İslam Respublikası Prezidentinin andiçmə mərasimində rəsmi qonaq qismində iştirak etdiyi vaxt terrora məruz qalmasına toxunaraq, bu hadisəni böyük cinayət və beynəlxalq hüququn prinsip və normalarının, İran İslam Respublikasının milli suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması kimi qiymətləndirib.

Bəyanatın davamında Qəzzada müharibənin davam etməsinə, qarşıdurmaların Livanın cənubuna yayılmasına və sonrakı müharibələrin İran İslam Respublikasına qarşı aparılmasına işarə edilərək vurğulanıb ki, sionist rejimin terrorçu və cinayətkar mahiyyəti dünya ictimai rəyi üçün hər zamankından daha aydın şəkildə üzə çıxıb.

SEPAH həmçinin ABŞ və bəzi Qərb ölkələrinin sionist rejimə göstərdiyi silah və siyasi dəstəyi, eləcə də bəzi regional dövlətlərin bu rejimlə həmrəyliyini, Fələstin xalqına qarşı törədilən soyqırımı və müharibə cinayətləri ilə bağlı onların beynəlxalq məsuliyyət daşımasına səbəb olan amillər kimi qiymətləndirib və müqavimətə dəstəyin davam etdirilməsini, eləcə də Fələstinin yekun qələbəsinin yaxın olduğunu vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha