6 avqust 2026 - 22:05
Donald Trampa ən güclü zərbə. ABŞ-da yeni yaranmış anti-İsrail ittifaqı: «İsrail naminə heç bir müharibə olmayacaq!»

İsrailli şərhçilər və İsrail tərəfdarı mövqedə olan Amerika mediasının nümayəndələri, o cümlədən Mark Levin, Ben Şapiro və Laura Lumer artıq bu ittifaq üzvlərini antisemitizmdə, xəyanətdə və ABŞ-ın maraqlarına zərbə vurmaqda ittiham ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ Konqresinin keçmiş üzvü Marjori Teylor Qrin, tanınmış televiziya aparıcısı Taker Karlson, ABŞ administrasiyasının keçmiş əməkdaşı Co Kent və keçmiş konqresmen Tomas Messi yeni siyasi ittifaqın formalaşmağa başladığını açıq şəkildə təsdiqləyiblər.

Marjori Teylor bildirib ki, onlar Donald Trampı "America First" ("Əvvəlcə Amerika") şüarı altında dəstəkləyirdilər. Lakin onların fikrincə, Tramp xarici siyasətlə bağlı verdiyi vədlərdən imtina edib və İsrailin maraqlarına xidmət etməyə başlayıb.

Bu dörd siyasətçi və ictimai xadim əvvəllər MAGA hərəkatının ən tanınmış simalarından hesab olunurdu. Marjori Teylor Qrin uzun müddət Trampın ən sadiq tərəfdarlarından biri sayılırdı. Lakin fikir ayrılıqlarından sonra Tramp onu açıq şəkildə "xəyanətkar" adlandırıb.

Taker Karlson İrana qarşı müharibə və administrasiyanın İsraili dəstəkləyən siyasətinə görə Ağ Evlə qarşıdurmaya girib. Co Kent də, əvvəllər ABŞ administrasiyasında terrorizmlə mübarizə məsələləri ilə məşğul olmasına baxmayaraq, xarici siyasət mövzusunda Trampdan ayrılıb.

Mühafizəkar respublikaçıların ən ardıcıl nümayəndələrindən biri olan Tomas Messi isə İsrailə dəstəyin tənqidindən və Ceffri Epşteyn işi ilə bağlı materialları yayımladıqdan sonra, AIPAC-ın fəal şəkildə dəstəklədiyi kampaniya nəticəsində Konqresdəki yerini itirib.

Bu ittifaqı birləşdirən əsas prinsiplər bunlardır:

"Əvvəlcə Amerika" konsepsiyasına sadiqlik;

yeni xarici müharibələrə qarşı çıxmaq;

AIPAC və İsrail lobbisinin ABŞ siyasətinə təsirini tənqid etmək;

Donald Trampın İsrail, Benyamin Netanyahu və İrana qarşı müharibə ilə bağlı siyasəti ilə razılaşmamaq.

Məhz bu məsələlər keçmiş müttəfiqlərlə Ağ Ev arasında münasibətlərin pozulmasına səbəb olub.

İttifaq üzvləri qısa müddətdə tamhüquqlu üçüncü siyasi partiya yaratmağın mümkün olmadığını qəbul etsələr də, Konqresə keçiriləcək seçkilərdə milyonlarla tərəfdarlarının dəstəyindən istifadə edərək Respublikaçılar Partiyasının hazırkı rəhbərliyini dəstəkləyən namizədlərə ciddi zərbə vurmağı planlaşdırırlar.

İsrailli şərhçilər və İsrail tərəfdarı mövqedə olan Amerika mediasının nümayəndələri, o cümlədən Mark Levin, Ben Şapiro və Laura Lumer artıq bu ittifaq üzvlərini antisemitizmdə, xəyanətdə və ABŞ-ın maraqlarına zərbə vurmaqda ittiham ediblər.

Hər halda, müəllifin fikrincə, bu hadisə Donald Tramp və Respublikaçılar Partiyası üçün Konqresə keçiriləcək noyabr seçkiləri ərəfəsində çox ciddi zərbədir.

Müəllif hesab edir ki, həmin seçkilərin nəticələrindən sonra Trampın İrana qarşı hərəkət imkanları məhdudlaşacaq, o, tezliklə "topal ördək" vəziyyətinə düşə bilər və korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı çoxsaylı epizodlara görə hətta həbs oluna bilər.

Sizin rəyiniz

You are replying to: .
captcha